Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1824/2020 04.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X4 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs (bundan sonra-Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2257/20 nömrəli xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) Ukraynada fəaliyyət göstərən digər şirkətdən 18 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə BB8485EC/BB0523XP nömrə nişanlı yük avtomobilində göndərilmiş 87 ədəd 70,110 kv. Metr Ukrayna istehsalı abidə və tikinti üçün cilalanmış qabro-qranit daş məmulatlarını xx xxxxxxxx 2020- ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********3757 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən malların faktiki çəkisi 23655 kq olduğu halda, bəyannamənin 38-ci qrafasında 22522 kq qeyd etməklə ödənilməli olan 86,67 manat idxal rüsumu, 119,61 manat X5 ibarət olmaqla ümumilikdə az miqdarda, 206,28 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Bu fakt 34/024/026992 nömrəli xx.xx.2020-ci il tarixli, 34/013/029018 nömrəli xx.xx.2020-ci il tarixli, 34/012/029646 nömrəli 21,10.2020-ci il tarixli raportlar, **********3757 sorğu nömrəli GB, mal müşayiət sənədləri, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam və kifayət qədər sübuta yetirilmişdir. Belə ki, “İpək yolu” gömrük postundan daxil olmuş 34/024/026992 nömrəli xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Şəxs MMC-nin ünvanına Ukraynadan BB8485EC/BB0523XP nömrə nişanlı avtomaşında daxıl olmuş və **********3757 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, “abidə və tikinti üçöfl^cilalanmiş qabro- qranit daş məmulatlari” yükünün çəkisi GB-də göstərildiyi kimi 22522 kq deyil / faktiki 23655 kq, yəni 1133 kq artıq olduğu aşkar edilmişdir. Materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli yoxlama haqqında protokola əsasən malların ədəd sayı və sahəsi düzgün olsa da, çəkisi 22522 kq qeyd olunmasına baxmayaraq, faktiki olaraq 23655 kq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən Bakı Baş Gömrük" İdarəsində xx.xx.2020-ci il tarixli **********3757 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən “Bukinskoqo” mənşəli Ukrayna istehsalı 87 sayda sahəsi 70.110 m2 təşkil edən abidə və tikinti üçün cilalanmış qabro-qranit daş məmulatları yükünün netto çəkisi 22522,00 kq deyil, faktiki olaraq 23655 kq olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, müsbət halda ödənilməli olan gömrük ödənişlərininin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/029018 nömrəli xx.xx.2020-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya Gömrük Prosedurları və Ödənişləri şöbəsindən verilən 34/012/029646 nömrə xx.xx.2020-ci il tarixli cavab raportuna əsasən Şəxs MMC tərəfindən Bakı Baş Gömrük idarəsində xx.xx.2020-ci il tarixli **********3757 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən “Bukinskoqo” mənşəli Ukrayna istehsalı 87 sayda sahəsi 70.110 m2 təşkil edən abidə və tikinti üçün cilalanmış qabro-qranit daş məmulatları yükünün netto çəkisi faktiki olaraq 23655 kq olduğu təqdirdə təqdirdə ödəniləcək gömrük ödənişləri aşağıda göstərilən büdcə təsnifatına uyğun təşkil edəcəkdir. İdxal rüsumu - 86.67 AZN, ƏDV- 119.61 AZN, Cəmi - 206.28 AZN təşkil edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə etdiyini qeyd edib, əlavə olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən idxal olunmuş və **********3757 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, “abidə və tikinti üçün cilalanmış qabro- qranit daş məmulatlari” yükünün çəkisi GB-də göstərildiyi kimi 22522 kq deyil faktiki 23655 kq, yəni 1133 kq artıq olduğu aşkar edilmiş, nəticədə əlavə gömrük ödənişlərinin ödənilməli olduğu və MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu aşkar edilmişdir. Hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də , Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirini tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli raportdan görünür ki, “İpək yolu” gömrük postundan daxil olmuş 34/024/026992 nömrəli xx.xx.2020-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, Şəxs MMC-nin ünvanına Ukraynadan BB8485EC/BB0523XP nömrə nişanlı avtomaşında daxıl olmuş və **********3757 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman, “abidə və tikinti üçün cilalanmiş qabro- qranit daş məmulatlari” yükünün çəkisi GBdə göstərildiyi kimi 22522 kq deyil , faktiki 23655 kq, yəni 1133 kq artıq olduğu aşkar edilmişdir. Materiala əlavə edilmiş xx.xx.2020-ci il tarixli yoxlama haqqında protokola əsasən malların ədəd sayı və sahəsi düzgün olsa da, çəkisi 22522 kq qeyd olunmasına baxmayaraq, faktiki olaraq 23655 kq olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixli **********3757 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən “Bukinskoqo” mənşəli Ukrayna istehsalı 87 sayda sahəsi 70.110 m2 təşkil edən abidə və tikinti üçün cilalanmış qabro-qranit daş məmulatları yükünün netto çəkisi 22522,00 kq deyil, faktiki olaraq 23655 kq olduğu təqdirdə gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, müsbət halda ödənilməli olan gömrük ödənişlərininin məbləği barədə Təhqiqat şöbəsinə məlumat verilməsi üçün 34/013/029018 nömrəli xx.xx.2020-ci il tarixli raportla sorğu verilmişdir. Sorğuya Gömrük Prosedurları və Ödənişləri şöbəsindən verilən 34/012/029646 nömrəli xx.xx.2020-ci il tarixli cavab raportuna əsasən Şəxs MMC tərəfindən Bakı Baş Gömrük İdarəsində xx.xx.2020-ci il tarixli **********3757 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən “Bukinskoqo” mənşəli Ukrayna istehsalı 87 sayda sahəsi 70.110 m2 təşkil edən abidə və tikinti üçün cilalanmış qabro-qranit daş məmulatları yükünün netto çəkisi faktiki olaraq 23655 kq olduğu təqdirdə təqdirdə ödəniləcək gömrük ödənişləri aşağıda göstərilən büdcə təsnifatına uyğun təşkil edəcəkdir. İdxal rüsumu - 86.67 AZN, ƏDV- 119.61 AZN, Cəmi - 206.28 AZN. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs (VÖEN **********) Ukraynada fəaliyyət göstərən digər şirkətdən 18 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə BB8485EC/BB0523XP nömrə nişanlı yük avtomobilində göndərilmiş 87 ədəd 70,110 kv. Metr Ukrayna istehsalı abidə və tikinti üçün cilalanmış qabro-qranit daş məmulatlarını xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük idarəsində **********3757 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edərkən malların faktiki çəkisi 23655 kq olduğu halda, bəyannamənin 38-ci qrafasında 22522 kq qeyd etməklə ödənilməli olan 86,67 manat idxal rüsumu, 119,61 manat X5 ibarət olmaqla ümumilikdə az miqdarda, 206,28 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. xx.xx.2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan "Şəxs" MMC-nin ünvanına BB8485EC/BB0523XP nömrə nişanlı avtomaşında daxıl olmuş və Bakı Baş Gömrük İdarəsində **********3757 saylı GB ilə bəyan edilmiş yer sayı 22522, çəkisi 23820 kq olan “abidə və tikinti üçün cilalanmiş qabroqranit daş məmulatlari” yükünə gömrük yoxlama keçirildi. Gömrük yoxlaması başlanmazdan əvvəl hal şahidlərinə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6, 99.7-ci maddəsinə əsasən hüquq və vəzifələri izah edilməklə yanaşı, Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edildi. Yoxlama zamanı, BB8485EC/BB0523XP nömrə nişanlı avtomaşında daxıl olmuş və yükə aid gömrük orqanına təqdim olunmuş **********0991 saylı GB və invoys sənədində ədəd sayı və sahəsi düzgün olsa da , çəkisi göstərildiyi kimi 22522 kq deyil , faktiki 23655 kq, yəni 1133 kq artıq olduğu aşkar edilmişdir "Şəxs” MMC-nin nümayəndəsi X2 xx.xx.2020-ci il tarixli, 00100-2257/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Bakı Baş Gömrük İdarəsinin 300100/2197 nömrəli xx.xx.2020-ci il tarixli Qərarından görünür ki, "Şəxs" MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin qevd hissəsinin 2-ci bəndi və həmin Məcəllənin 53.0.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin müəyyən faizi məbləğdə cərimə edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və hüquqi şəxs qismində ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 100 (yüz) faizi məbləğdə yəni, 206,28 (iki yüz altı manat iyirmi səkkiz qəpik) məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1824/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1824/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver