Məhkəmə qərarları › İş №3(002)-1825/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1825/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1825/2024 21.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X8, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə ünvan 1i ünvanında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1 saylı yataqxanada yaşamış Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-1400/2024 saylı, 26 aprel 2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1400/2024 saylı, 26 aprel 2024-cü il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-915/2020 saylı, 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırki qətnamənin qanuni qüvəyə mindiyi gündən 17 iyul 2007-ci il təvəllüdlü X1, 08 iyul 2008-ci il təvəllüdlü X2, 08 sentyabr 2012-ci il təvəllüdlü X6 və 08 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 520 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu icra sənədini icra etmədiyinə görə barəsində inzibti xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Qaradağ rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 3(002)- 978/2021 saylı qərarına əsasən Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində on beş gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Bundan sonra borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından 06 sentyabr 2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Borclu bu gün, 21 iyun 2024-cü il tarixdə metroda saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir. Beləliklə də borclu bu günədək 20800 manat aliment borcundan cəmi 2500 manat ödəniş etmiş, 18 300 manat borcu qalmışdır. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 iyun 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, o mətbəx köməkçisi işləməklə dörd övladı onun himayəsindədir. Borclu indiyədək övladları ilə maraqlanmamış, sonuncu dəfə onlarla beş il qabaq görüşmüşdür. Borclu Qaradağ rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 3(002)-978/2021 saylı qərarına əsasən 15 gün inzibati qaydada həbs olunduqdan sonra onunla və ya övladları ilə ümumiyyətlə görüşməmiş və aliment borcundan heç bir ödəniş etməmişdir. Bu günə 18 300 manat borcu qalmışdır. Hal-hazırda himayəsində olan dörd övladını saxlamaqda çox böyük çətinlik çəkir. Yaranmış aliment borcunun dərhal ödənilməsini, bu baş vermədikdə isə borclunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. İnzibati həbs olunandan sonra taksi sürücüsü kimi işləmiş, lakin aldığı maaşı az olduğundan aliment borcundan ödəniş etməmişdir. İyun ayının 28-i yeni işə düzələcək, sentyabr ayından aliment borcundan hər ay 500 manat ödəniş edəcəkdir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 21 iyun 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 21 iyun 2024-cü il tarixdən saat 17:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar