Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1827/2025 01.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi – Şirvan Regional Vəkil Bürosunun vəkili X9, Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X14 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək barəsində "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" MN ******* nömrəli, 25 avqust 2025-ci il tarixli qərarı ilə 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan qərarın qəbul edilməsinə əsas kimi Salyan X22 İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinin yerli telefon rabitəsinin telefonçusu X6 vəzifə ştatının ixtisarı ilə bağlı xəbərdarlıq müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələbinin pozulması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin qənətinə görə Salyan X22 İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinin yerli telefon rabitəsinin telefonçusu X6 iş yerinin ixtisarı ilə bağlı bildiriş təqdim olunan zaman onun "Azəriqaz" İBnin Salyan RQİİ-də müxtəlif dövrlərdə işlədiyi iş stajları da nəzərə alınmalı, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən edilməli idi. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" MN ******* nömrəli, 25 avqust 2025-ci il tarixli qərarını əsassız hesab edir. Belə ki, o, "Azəriqaz” X8 X22 İdarəsinin rəisi vəzifəsində çalışır. "Azəriqaz” İstehsalat Birliyinin strategiyasının tətbiq planına uyğun olaraq yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini, xərclərin optimallaşdırılmasını və struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Birliyin xx.xx.2024-cü il tarixli, 14-2-2/3-11-1387/2024 nömrəli əmri ilə Salyan RQİİ-nin mövcud strukturunun yeni əməliyyat modelinə keçidi prosesinə başlanılmışdır. Yeni əməliyyat modelinə keçid əməliyyatlarının aparılması əmək qanunvericiliyinin tələblərinə uyğun formada təşkil edilmişdir. Qanunvericiliyin bu tələblərinin yerinə yetirilməsinin imperativ xarakter daşıdığını nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən xx.xx.2025-ci il tarixli, 14-2-2/3-xx-xx/2025 nömrəli "Yeni əməliyyat modelinə keçidlə əlaqədar görüləcək tədbirlər haqqında" əmr imzalanmışdır. Bu əmrə uyğun olaraq fəhlə kateqoriyasına aid olunan peşələr üzrə işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsi 4 meyar üzrə aparılmış, bu zaman işçilərin təhsili, iş stajı, rəhbər qiymətləndirmə nəticələri ilə yanaşı onların biliklərinin test üsulu ilə yoxlanılması nəticələri də nəzərə alınmışdır. Salyan X22 İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinin yerli telefon rabitəsinin telefonçusu X10 da digər əməkdaşlar kimi bu qiymətləndirməyə cəlb edilmiş və yekun qiymətləndirmə balı struktur bölmədə çalışan həmkarları arasında aşağı nəticə olmuşdur. İşçilərin yerləşdirilməsi onların yekun qiymətləndirmə nəticələrinə əsasən həyata keçirilmişdir. İşlədiyi vəzifə (peşə) üzrə yerləşdirilməsi mümkün olmayan işçilərə digər struktur bölmələrdə müvafiq vakant yer olduğu təqdirdə iş təklifləri edilmişdir. İşdə saxlanılması mümkün olmayan işçilərə isə tərəflərin razılığı ilə və Birlik ilə "X12 Komitəsi arasında bağlanmış qüvvədə olan kollektiv müqaviləyə əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan Neft və X23 Həmkarlar İttifaqı Respublika Komitəsi arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli əmr-qərarın 4-cü bəndi ilə müəyyən edilmiş qaydada müstəsna hal kimi onların orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində işdənçıxma müavinəti, yaxud əmək qanunvericiliyinə uyğun olaraq əmək stajından asılı olaraq qanunvericilik ilə müəyyən edilmiş məbləğlərdə işdənçıxarma müavinəti ödənilərək əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilmişdir. Bildiririk ki, X10 xx.xx.2022-ci il tarixdə Salyan RQİİ-nin Neftçala rayonu üzrə qəzadispetçer xidmətinə 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu peşəsinə qəbul edilmişdir. X6 Salyan RQİİ arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iş yerinin ixtisar olacağı ilə bağlı xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-11-1438/2025 nömrəli bildiriş verilmiş, bildirişdə 4 təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən edilmişdir. Y.Sadıqov bildirişin surətinə qəbul etməsi ilə bağlı imza etmişdir. X10 ilə bağlanmış əmək müqaviləsinə Salyan RQİİ-nin xx.xx.2025-ci il tarixli nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Qeyd olunan maddi hüquq normasından müəyyən olunur ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq xəbərdarlıq müddəti verilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin qənaətinə görə AR ƏM-nin 77-ci maddəsinin dispozisiyasında qeyd olunan əmək müqavilələri dedikdə həmin işəgötürənlə müxtəlif dövrlərdə bağlanılmış əmək müqavilələri nəzərdə tutulur və Salyan X22 İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinin yerli telefon rabitəsinin telefonçusu X6 iş yerinin ixtisarı ilə bağlı bildiriş təqdim olunan zaman onun "Azəriqaz" İB-nin Salyan RQİİ-də müxtəlif dövrlərdə işlədiyi iş stajları da nəzərə alınmalı, ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən edilməli idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin gəldiyi nəticəni heç bir normativ-hüquqi sənədlə əsaslandırmamış, öz formal mülahizələri əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələri ilə "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında" MN ******* nömrəli, 25 avqust 2025-ci il tarixli qərar qəbul edərək, 1500 manat məbləğində inzibati cərimə tətbiq etmişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, X10 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Salyan X22 İdarəsinin Neftçala rayonu üzrə Təmir-bərpa xidmətində yeraltı qaz kəmərlərinin təmiri üzrə çilingər peşəsində çalışmışdır. xx.xx.2015-ci il tarixdə Salyan rayonu üzrə Təmir-bərpa xidmətinə təmirçi-çilingər peşəsinə keçrilmişdir. xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ( başqa işəgötürənlə əmək bağladığı üçün) xitam verilmişdir. Yaşar Sadıqov xx.xx.2021-ci il tarix "Azəriqaz” İB-nin Təmir-tikinti idarəsinin Salyan RQİİ üzrə Təmir-tikinti xidmətinə təmirçi-çilingər peşəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixədək həmin peşədə çalışmışdır. Yaşar Sadıqov xx.xx.2022-ci il tarixdə Salyan X22 İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinə yerli-telefon rabitəsinin telefonçusu peşəsinə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə AR ƏM-nin 70-ci maddəsinin "B" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. "Azəriqaz” İB-nin Salyan RQİİ tərəfindən X10 ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi nəzərə alınmaqla ona iş yerinin ixtisarı ilə bağlı 4 təqvim həftəsi müddətində rəsmi xəbərdarlıq edilmişdir. Qənaətincə AR ƏM-nin 77-ci maddəsinin dispozisiyasında qeyd olunan əmək müqavilələri dedikdə həmin işəgötürənlə işçi arasında əmək fəaliyyəti dövründə bağlanılmış əmək müqavilələri (əvəzçilik, başqa işçinin əmək funksiyasının icrası, müddətli əmək müqavilələri) nəzərdə tutulur. Odur ki, göstərilənləri nəzərə alaraq X16 Xidmətinin Şirvan- Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili X15 çıxışı zamanı şikayətin məzmununa uyğun şəkildə çıxış edərək şikayətin təmin edilməsini, “Azəriqaz” İBnin Salyan X22ı İdarəsinin rəisi X17 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X21 çıxışında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın qanuni və əsaslı olduğunu, “Azəriqaz” İB-nin Salyan X22ı İdarəsinin rəisi X17 tərəfindən xx.xx.2025-ci il tarixdə İdarənin işçisi Yaşar Sadıqovun əmək müqaviləsinin ləğvi ilə bağlı xəbərdarlıq müddəti və işdənçıxma müavinətinin düzgün hesablanmadığını, qanunvericiliyin tələblərinə uyğun olaraq xəbərdarlıq müddəti müəyyən edilən zaman eyni işəgötürənə münasibətdə bağlanılmış digər əmək müqavilələri üzrə yaranmış iş stajının nəzərə alınmalı olduğunu, hazırki iş üzrə isə işçinin əmək müqaviləsinə xitam verilən zaman yalnız onunla bağlanılmış sonuncu müqavilə üzrə stajının əsas götürülərək xəbərdarlıq müddəti müəyyən edildiyini, bununla da əmək qanunvericiliyinin tələbərinə riayət edilmədiyini bildirərək məhkəmədən şikayətin rədd edilməsini, qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirmişdir ki, o, uzun müddət dövlət idarələrində əmək fəaliyyəti ilə məşğul olmuş, təxminən 40 ilə yaxın ümumi iş stajı vardır. 2014-cü ildən etibarən isə Azəriqaz tabeliyində olan idarələrdə işləmişdir. “Azəriqaz” İB-nin Salyan X22ı İdarəsində ştat ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilən 4 həftəlik xəbərdarlıq müddəti verilməklə onun əmək hüquqları pozulmuşdur. Belə ki, eyni işəgötürənlə arasında bağlanılan bütün əmək müqavilələri nəzərə alınaraq ona 9 həftəlik xəbərdarlıq müddəti müəyyən edilməli idi. Bu səbəbdən də o, Əmək Müfəttişliyinə şikayət etmiş, həmçinin işə bərpası olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, X17 tərəfindən verilmiş şikayət rədd edilməlidir. İş materiallarında olan Y.B.Sadıqovun əmək müqaviləsinin rəsmiləşdirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 89-K saylı əmrin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdən Salyan X22ı İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinə 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu peşəsinə qəbul edilmişdir. İş materiallarında olan Y.B.Sadıqovun əmək müqaviləsinin ləğv edilməsi haqqında Salyan RQİİ-nin xx.xx.2025-ci il tarixli, 14-2-2-9/3-1K-620/2025 saylı əmrin surətindən görünür ki, X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-11-1438/2025 nömrəli xəbərdarlıq məktubundan görünür ki, X2 RQİİ ilə arasında bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən iş yerinin ixtisar olacağı ilə bağlı məlumatlandırılmaqla 4 təqvim həftəsi xəbərdarlıq müddəti müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Azəriqaz” İB-nin Salyan X22ı İdarəsinin rəisi X17 tərəfindən xx.xx.2025-ci il tarixdə İdarənin sabiq işçisi Yaşar Sadıqovun əmək müqaviləsinin ləğvi ilə bağlı xəbərdarlıq müddəti (9 təqvim həftəsi əvəzinə 4 təqvim həftəsi) və işdənçıxma müavinəti (orta aylıq əmək haqqısının 2 misli əvəzinə 1.4 misli) düzgün hesablanmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İş materiallarında olan X6 məxsus əmək kitabçasının surətindən görünür ki, X10: - xx.xx.2014-cü il tarixli, 409 K saylı əmrə əsasən xx.xx.2014-cü il tarixdən Salyan Azəraycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB Salyan X22ı İdarəsinin Neftçala rayonu üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli yeraltı qaz kəmərlərinin istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir. - xx.xx.2015-ci il tarixli, 19/K saylı əmrə əsasən Salyan rayonu üzrə Təmir-bərpa xidmətinə 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. - xx.xx.2021-ci il tarixli, 143/K saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviəsinə xitam verilərək işdən azad edilmişdir. - xx.xx.2021-ci il tarixli əmrə əsasən "Azəriqaz” İB-nin Təmir-tikinti idarəsinin Salyan RQİİ üzrə Təmir-tikinti xidmətinə 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviəsinə xitam verilərək işdən azad edilmişdir. - xx.xx.2022-ci il tarixli, 89-K saylı əmrə əsasən xx.xx.2022-ci il tarixdən Salyan X22ı İdarəsinin Neftçala rayonu üzrə Qəza-dispetçer xidmətinə 5-ci dərəcəli yerli telefon rabitəsinin telefonçusu peşəsinə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-ci maddələrində tutulmuş inzibati xətanı törətməsi inzibati protokol, inzibati tənbeh vermə haqqında qərar, proses iştirakçılarının çıxışları və digər iş materialları ilə sübuta yetirilmiş və şikayətçi tərəfindən qeyd edilən pozuntunun törədilməməsini təsdiq edən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinə xitam verilən işçilərin təminatlarından bəhs edən 77-ci maddəsinin: 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3-cü hissəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. X5 əmək kitabçasına əsasən müəyyən edilir ki, onun “Azəriqaz” İB-nin Salyan X22ı İdarəsi ilə arasında bağlanılmış əmək müqavilələrinə əsasən yaranmış əmək stajı 10 ildən artıqdır. Belə olan olan halda məhkəmə hesab edir ki, qanunun yuxarıda sadalanan tələbinə əsasən X10 ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 27 N saylı əmək müqaviləsinə ştat ixtisarı ilə əlaqadar xitam verilən zamanı ona 9 təqvim həftəsi müddətində xəbərdarlıq müddəti verilməli və orta aylıq əmək haaqısının iki misli miqdarında işdənçıxma müavinəti ödənilməli idi. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, qərardan şikayət vermiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna etmədiyi üçün məhkəmə iclasında təqdim edilən həmin dəlillər inzibati araşdırmanın səthi aparılması və ya qərarın ləğv olunmasına əsas kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, “Azəriqaz” İB-nin Salyan X22ı İdarəsinin rəisi X17 tərəfindən xx.xx.2025-ci il tarixdə İdarənin işçisi Yaşar Sadıqovun əmək müqaviləsinə xitam verilməsi zamanı xəbərdarlıq müddətini onunla “Azəriqaz” İB-nin Salyan X22ı İdarəsi arasında bağlanılmış əmək müqavilələri üzrə ümumi iş stajı nəzərə alınaraq 9 təqvim həftəsi müəyyən etməli olduğu 4 təqvim həftəsi müəyyən etməklə əmək qanunvericiliyinin tələbləri pozmuş, həmçinin işçinin orta aylıq əmək haqqısının 2 misli əvəzinə 1.4 misli işdənçıxma müavinəti hesablamaqla həmin ödənişin əmək qanunvericiliyinə uyğun olaraq tam ödənilməsini təmin etməmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Beləliklə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edirəm ki, şikayət təmin edilməməli, X17 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1827/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1827/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver