Məhkəmə qərarları › İş №3(002)-1832/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1832/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1832/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 505-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 505-ci maddələri ilə inzibati material daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati material onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 00100-01253/24 saylı, 13 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından daxil olan “Akril və ya vinil polimerləri əsasında boyalar və laklar” yükü gömrük orqanına bəyan olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 482.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 505-ci maddəsində göstərilir ki, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan Şəxs MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə gömrük sərhədindən keçirilən malları bəyan etməmiş və gömrük ödənişlərindən yayınmışdır. Göründüyü kimi Şəxs MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində baş verməmişdir. Bundan başqa qeyd olunan hüquqi şəxs, üzərinə düşən öhdəliyi Bakı Baş Gömrük İdarəsində icra etməli olsaydı belə, yenə də həmin inzibati işin Qaradağ rayon Məhkəməsinə heç bir aidiyyatı yoxdur. Belə ki, Bakı Baş Gömük İdarəsi Qaradağ rayonunun inzibati ərazisində yerləşmir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 505-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi (alındığı) vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar