Məhkəmə qərarları › İş №3(002)-1832/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1832/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1832/2025 09.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon Prokurorunun köməkçisi X2, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.2-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 05 sentyabr 2025-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən həmin MMC-də işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət ve ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu ve görə biləcəyi halda, bunları görməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"xxxx"Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə"nin 4-cü, 6-cı bəndlərinin tələbinə görə müəssisənin ərazisində quraşdırılmasında, istismara buraxılmasında ve istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməmiş, texniki vəziyyəti müvcud standartın tələblərinə uyğun olmayan, yeni hərəkətli hissələrinin üzəri qoruyucu vasitələrlə təchiz olunmamış avadanlığın istifadəsinə yol verərək, həmin vəzifələri yerinə yetirmədiyindən X1 xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan elektrik çaydanlarının istehsalı müəssisəsində operator vəzifəsi üzrə çaydan üzərində deşik açan avadanlıqla işləyən zaman sağ əlin İİ barmağının əzilmiş yarasından ibarət sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilmesi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması inzibati xətasını törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Prokurorunun köməkçisi X5 öz izahatında tərtib edilmiş inzibati xəta haqqında qərarı müdafiə edərək göstərmişdir ki, vəzifəli şəxs Şəxs "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən həmin MMCdə işlərin yerinə yetirilməsi zamanı baş verə biləcək təhlükələri lazımi diqqət ve ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"xxxx"Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə"nin 4-cü, 6-cı bəndlərinin tələbinə görə müəssisənin ərazisində quraşdırılmasında, istismara buraxılmasında ve istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməmiş, texniki vəziyyəti müvcud standartın tələblərinə uyğun olmayan, yeni hərəkətli hissələrinin üzəri qoruyucu vasitələrlə təchiz olunmamış avadanlığın istifadəsinə yol verərək, həmin vəzifələri yerinə yetirmədiyindən X1 xx.xx.2025-ci il tarixdə, saat 12 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin istifadəsində olan elektrik çaydanlarının istehsalı müəssisəsində operator vəzifəsi üzrə çaydan üzərində deşik açan avadanlıqla işləyən zaman sağ əlin İİ barmağının əzilmiş yarasından ibarət sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, vəzifəli şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərarı mübahisələndirməyərək göstərmişdir ki, qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı təmsil etdiyi şirkət və onun özü yüksək məbləğdə inzibati tənbeh tədbirinə məruz qalmışlar. Odur ki, hazırda təyin ediləcək cərimə cəzasının ən aşağı həddində tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 22 iyul 2025-ci il tarixdə Qaradağ rayon Prokururluğunda verdiyi izahatında bildirmişdir ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı məsələlərə, işçilərin biliklərinin yoxlanılmasına o, özü nəzarət etmiş, bu məsələlərlə bağlı işləri özü yerinə yetirmişdir. şirkətdə işçi sayı 50 nəfərdən az olduğu üçün "xxxx" MMC-də də SƏTƏM üzrə mütəxəssis vəzifəsi olmamışdır. Əmək Məcəlləsinin tələblərinə esasen qeyd edilən məsələləri direktor olaraq o, özü icra etmişdir. Türkan Mirhesenovaya şifahi şəkildə o, eməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını izah etmiş, Türkana aparatdan istifadəni öyrətmişdir. 18 mart 2025-ci il tarixdə, saat 12 radələrində işdə olarkən işçilər Türkanın barmağının aparatda qaldığını demişlər, o dərhal ora getmiş və Türkanın sağ əlinin ikinci barmağının yaralandığını görmüşdür. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Beləliklə məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs İXM-nin 198.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X9 23 iyun 2025-ci il tarixli, 418 saylı rəyindən görünür ki, X1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət- sağ əlin İİ barmağının əzilmiş yarası bərk küt əşya təsirindən törənmişdir,qərarın təsviri hisəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 avqust 2025-ci il tarixli, 10/5319 saylı “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”ndan aydın olur ki, X4 müəssisədə işlərin görülməsinə cəlb edildiyinə, müəssisənin ərazisində quraşdırılmasında, istismara buraxılmasında istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməmiş, texniki vəziyyəti müvcud standartın tələblərinə uyğun olmayan, yeni hərəkətli hissələrinin üzəri qoruyucu vasitələrlə təchiz olunmamış avadanlığın istifadəsinə yol verdiyinə görə "İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST"xxxx"Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə"nin 4-cü, 6-cı bəndlərinin tələbləri "SİGMA AS TRADE” MMC-nin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Babaşzadə Qorxmaz Ağakişi oğlunun 03 sentyabr 2025-ci il tarixli, “cinayət işinin başlnamasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, 148c-25 (25-3-2-2/313-0050) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilsin. 2. "xxxx" MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna vəsatətlə müraciət edilsin. 3."xxxx" MMC-nin və MMC-nin direktoru Şəxs baresində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi nəzərə alınsın. 4.Qərarın surəti X3 göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna, yuxarı prokurora, yaxud Qaradağ rayon məhkəməsinə şikayət vermək hüququ izah edilsin. 4.Material saxlanılması üçün Qaradağ rayon prokurorluğunun arxivinə verilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və inzibati xəta törətmiş Şəxs əməlini etiraf edərək peşiman olmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etməyə real olaraq cəhd göstərməməsinin nəzərə alaraq hesab edir ki, Şəxs sanksiya daxilində yuxarı həddə cərimə edilməsi daha məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar