Məhkəmə qərarları › İş №3(002)-1837/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1837/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1837/2020 26.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, 10 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Nəriman oğlundan maddi ziyanın əvəzi kimi 2470 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı X6 xeyrinə tutulması və 120 manat ekspertiza xərci cavabdeh Şəxs Nəriman oğlundan tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu dəfələrlə icra və probaisya şbəsinə dəvət olunaraq borcun ödənilməsi tələb edilsə də, o yaranmış borcundan heç bir ödəniş etməmişdir. Hal-hazırda isə borclunun tələbkara ümumilikdə 2500 manat borcu yaranmışdır. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, məhkəmə qətnaməsindən və icra vərəqəsindən xəbəri vardır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-698/2020 saylı, xx xxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs Nəriman oğlundan maddi ziyanın əvəzi kimi 2470 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı X6 xeyrinə tutulması və 120 manat ekspertiza xərci cavabdeh Şəxs Nəriman oğlundan tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. O öz izahatında əlavə olaraq bildmişdir ki, hal-hazırda o maşın ustası kimi çalışır. Məhkəmə qətnaməsini qəbul etmir, belə ki, tələbkara olan borcunu avtomobilə aldığı ehtiyyat hissələrini almaqla tam ödəmişdir. Hal-hazırda isə məhkəmə iclasında da tələbkara borcunu ödəmək fikrində deyil və ödəmək iqtidarında da deyil. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından müəyyən müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlildə gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları və eləcə də borclunun maddi durumunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. 2.Həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 17:10-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. 4.İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar