Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1837/2025 26.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********, AZ 1063) barəsində İXM-nin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 04 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, vətəndaş X1 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-0130/2025 və xx.xx.2025ci il tarixli 3-17-5/2-63960/2025 nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq hal-hazırki tarixədək təqdim edilməmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, vətəndaş X2 hüquqları pozularaq onunla Şəxs MMC arasında bağlanılan əmək müqaviləsinə həmin MMC tərəfindən xitam verilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Bununla əlaqədar zəruri sənədlərin X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi barədə Şəxs MMC iki dəfə məktub ünvanlanmışdır. Həmin məktublar xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmışdır. Lakin Şəxs MMC tərəfindən zəruri sənədlər 7 iş günü ərzində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Şəxs MMC-yə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən iştirak etməsi üçün məktublar göndərilmiş, həmin məktublar da xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılmışdır. Bunu təsdiq edən çıxarışlar məhkəməyə təqdim edilmişdir. Lakin Şəxs MMC X5 Xidmətinin Bakı şəhər İdarəsinə inzibati xəta haqqında protokolla tanış olması və inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməsi üçün gəlməmişdir, zəruri sənədlər təqdim edilməmişdir. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X5 Xidmətinin Bakı şəhər İdarəsinin Şəxs MMC-nin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolda göstərilənlərlə əlaqədar mövqeyini müdafiə edir və Şəxs MMC-yə inzibati cərimənin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “www.azems.az” saytında göndərişin izlənilməsinin çıxarışından (SS929330263AZ üçün axtarışın nəticələri) görünür ki, X5 Xidmətinin Bakı şəhər İdarəsinin məktubu xx.xx.2025-ci il tarixdə həmin idarədən (Bakı: AZ1114) çıxmış, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə (Bakı: AZ1063) çatdırılmışdır. Lakin Şəxs MMC tərəfindən zəruri sənədlər 7 iş günü müddətində X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Həmin çıxarış məhkəmə tərəfindən yoxlanılaraq həqiqiliyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 152.5 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********, AZ 1063) 04 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qardağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1837/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1837/2025
26.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver