Məhkəmə qərarları › İş №3(002)-184/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-184/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-184/2021 07.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1972-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonu, Muğan Gəncəli kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 34 ünvanında yaşayan Şəxsın barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli MN № ******* saylı protkoldan aydın olur ki, Şəxs Təvkkül qızı xx xxxxxx 2020-ci il tarixdə qaynanası X6 döymüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X12 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X12 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİnin 10-ci PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin xx xxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X2 zərər vrumayan bədən xəsarəti aldığından Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərarın surətinin 10-cu PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 bildirmişdir ki, Şəxs onun gəlnidir. İki oğlu var, onunla birlikdə yaşayırlar. Gəlini Şəxs onu öz evində rahat yaşamağına imkan vermir, ona baxmır öz təqaüdü ilə alıb gətirdiyi ərzağı özü istədiyi kimi istifadə edir, onun yeməyinə problem yaradır. O bir söz deyən kimi gəlini onu söyüb-təhqir edir, ona hücum çəkib döyür. Bundan öncədə iki dəfə ərizə yazmış, lakin sonrada o, gəlini ilə barışmağına dair ərizə verdiyindən iş məhkəməyə təqdim edilməmişdir. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat təxminən 22:00 radələrində o özünə iki ədəd sosika qaynadıb yemək istədikdə gəlini Lətifə onu lağa qoyub təhqir etməyə başlamış və qarğış etmişdir. O gəlininə iradını bildirdikdə gəlini “sən niyə ölmürsən?” deyib qənd qabını götürüb onun alın nahiyyəsinə vurub sıxmış, itələmiş və sonda o yerə yığılmışdır. O birtəhər durub öz yatağına uzanmış, səhər tezdən alnının göyərib şişdiyini dizindən xəsarət aldığını gəlni ilə birlikdə bir evdə yaşamağını mümkün olmadığını görüb polis idarəsinə şikayət etmək qərarına gəlmişdir. Bu səbəbdən xx xxxxxx 2020-ci il tarixdə 10-cu PB-nə gələrək rəsmi olaraq şikayət etmiş və bu barədə qanuni tədbirlərin görülüb gəlininin məsuliyyətə cəlb edilməsini öz evində rahat yaşamağının təmin edilməsində köməklik edilməsində xahiş etmişdir. Mübahisə zamanı evdə başqa şəxslər olmamışdır. Hazırda o Şəxs şikayətçidir və onu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, X5 Qaradağ RPİ-nin 10-cu PB-nə verdiyi ərizə ilə tanış olmuşdur. X9 onun qaynanasıdır, o, və ailə üzvləri qaynanasına məxsus mənzildə onunla birlikdə yaşayırlar. X10 evin ona məxsus olduğunu əsas gətirib tez-tez evdə münaqişələr yaradır, heçnədən onun ünvanına nalayiq ifadələr işlədir. Qaynanası öz təqaüdünü özünə xrəcləyir, özü bişirib özü yeyir. Bununla belə hər şeyə görə onları danlayır, təhqir edir, paltarlarını yumağa qoymur. Bundan öncə də onun barəsində əsassız şikayətlər etmişdir. Sonuncu dəfər xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 22:00 radələrində qaynanası özünə sosiska qaynadanda o şkafin qabağında oturub tum çırtlayanda qaynanası şkafdan qab götürmək istədiyini bəhanə edib onun oturduğu yerdən durmasını tələb etmişdir. O da qaynanasına iradıı bildirmişdir ki, qışqırmaq lazım deyil, xoşluqla desin və o da dursun. Onların arasında mübahisə yaranmış, qaynanası onu söyüb təhqir etmiş, əli ilə itələmişdir ki, ayaqa dursun. O da əli ilə qaynanasını itələyib stuldan durmuş, qaynanası Əsmət əyilərək şkafdan qab götürmüşdür. O da, öz otağına keçmişdir ki, qaynanasının təhqiramiz sözlərini eşitməsin. Səhəri gün qaynanası Əsmət evdən çıxaraq polisə gedəcəyini demişdir. Qaynanası polis bölməsində bildirmişdir ki, güyaki, o qaynanasının qəndqabı ilə vurmuşdur, lakin o qaynanasını qəndqabı ilə vurmamış, qaynanası özü qapının dəstəyindən tutub dartaraq onu içəriyə doğru itələyəndə ola bilsin ki, qapı onun alın nahiyyəsinə dəymişdir. Mübahisə zamanı evdə başqa şəxslər olmamış və onun özü də heç bir xəsarət almamışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, X4, zərəçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Cəmşid Əliyevin xx xxxxxx 2020ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X3 zərər vurmayan bədən xəsarəti aldığından Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsəd ilə qərarın surətinin 10-cu PB-nin aidiyyəti əməkdaşına həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin xx.xx.2020-ci il tarixli 859 saylı ekspert rəyində qeyd edilmişdir ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində- alının sağ yan sthinin və sağ diz oynağının ön səthinin qançıları, sağ əlin İİ barmağının sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli sayır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar