Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1849/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Culfa rayonu, Milax kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin DYPŞ-nin inzibati binasında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin sahə inspektoru, polis kapitanı X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 05 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin DYPŞnin binasında bir nəfər şəxs səs küy salaraq polisin xidmətinə maneçilik törətmişdir. Daha sonra ƏÇPA-nın 10-cu patrul bölüyünün polis nəfərləri tərəfindən həmin şəxs 10-cu polis bölməsinə gətirilmiş, onun Şəxs olduğu müəyyən edilmiş və barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə Qaradağ rayon polis şöbəsinə gəlmişdir. İşlədiyi, maşın kirayələri ilə məşğul olan şirkətə məxsus nəqliyyat vasitəsi cərimə meydançasında olduğundan ona 2-ci otağa yaxınlaşmasını bildirmişlər. Qeyd olunan nəqliyyat vasitəsi X5 adlı müştəriyə kirayə verildikdə yol nəqliyyat qaydalarını pozması səbəbi ilə yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, nəqliyyat vasitəsinin üzərində həbs olduğu üçün duracağa aparılmışdır. Həmin otağa yaxınlaşanda ona əvvəl gözləməsini bildirmiş, daha sonra otağa dəvət etmişdir. Cərimənin nə qədər olduğunu soruşaraq, cəriməni ödəyib nəqliyyat vasitəsini götürmək istədiyini bildirdikdə Mehman Əliyev nəqliyyat vasitəsini ona verə bilməyəcəyini, nəqliyyat vasitəsinin yalnız sürücü X3 təhvil veriləcəyini bildirmişdir. O, təkrarən cəriməni ödəyib maşını götürmək istədiyini söylədikdə Mehman Əliyev ona fiziki zor göstərməklə xidməti otağından çıxarmışdır. Polis əməkdaşının ona qarşı kobud rəftarından qəzəblənərək çıxarıldığı xidməti otağın qapısına yumruqla bir neçə zərbə vuraraq, uca səslə etirazını bildirmişdir. Qaradağ RPİ-nin X18 Şöbəsinin digər əməkdaşı ona yaxınlaşaraq sakitçiliyə riayət etməsinə, qaydalara əməl olunmasına dəvət etsə də o, riayət etməmişdir. Daha sonra baş verənlərlə bağlı 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra şöbəyə polis əməkdaşları gələrək onu 10-cu Polis Bölməsinə aparmışlar. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X20 X4 üzrə baş inspektoru, polis mayoru X6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Şəxs ona yaxınlaşaraq bildirmişdir ki, nəqliyyat vasitələrinin kirayəsi ilə məşğul olan şirkətdə işləyir, Kia Optima markalı, 99SC605 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin şirkətə məxsusdur. Qeyd olunan nəqliyyat vasitəsi Fariz Abbaszadə adlı sürücüyə kirayə verildiyi gün əks istiqamətdə hərəkət etdiyi üçün saxlanılmış, sənədləri tələb olunarkən etibarnamə təqdim edə bilməmişdir. Bu səbəbdən nəqliyyat vasitəsi duracağa təmin edilmişdir. Nəqliyyat vasitəsini duracağa yerləşdirərkən Fariz adlı şəxs avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə protokola imza atmamış və izahat verməmişdir. Bununla bağlı Şəxs bildirmişdir ki, Fariz adlı vətəndaş özü yaxınlaşmalı, izahat verməli, nəqliyyat vasitəsi bilavasitə ondan təhvil alınaraq duracağa yerləşdirildiyi üçün avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə protokol imzalanmalı, nəqliyyat vasitəsini təhvil verərkən hər hansı qiymətli əşyasının nəqliyyat vasitəsində olmamasını bir daha təsdiqləməli, narazılığı olduğu halda qeyd etməlidir. Lakin Şəxs israrla nəqliyyat vasitəsinin ona təhvil verilməsini tələb edərək, onun digər vətəndaşlara xidmət göstərməsinə mane olduğundan onu xidməti otağından çıxarmışdır. Daha sonra Şəxs səs-küy salaraq əməkdaşların iş rejimini pozmuşdur. Əlavə olaraq bildirmişdir ki, Şəxs qarşı heç bir zorakılıq hərəkətləri etməmiş və onu yumruqla vurmamışdır, sadəcə otağından çıxarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin X20 Şöbəsinin operatoru, polis baş serjantı X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 05 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Qaradağ RPİ-nin DYPŞ-nin inzibati binasında xidməti otağında olarkən səs-küy olduğunu eşitmiş və koridora çıxmışdır. Koridora çıxarkən Şəxs Qaradağ RPİ-nin X20 X4 üzrə baş inspektoru, polis mayoru X6 ilə mübahisə etdiyini görmüş və vətəndaşı dəfələrlə intizama dəvət etsələr də o, öz hərəkətlərini davam etdirərək tabesizlik göstərmişdir. Bundan sonra X15 əməkdaşları şöbəyə dəvət olunaraq vətəndaş Şəxs bölməyə aparılması təmin edilmiş bu barədə tərəfindən raport tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, 05 dekabr 2022-ci il tarixdə Şəxsla birlikdə Qaradağ RPİ-nin X18 Şöbəsinə gəlmişlər. Orada olarkən X13 otağına girərək cəriməni ödəmək istədiyini bildirmiş, Mehman ona gözləməsini bildirmişdir. Bundan sonra Mehman Əliyevin yanına 2 nəfər girib çıxdıqdan sonra Turac təkrar həmin otağa daxil olmuşdur. Daha sonra X16 itələyərək çölə çıxarmış və yumruqla onu vurmuşdur. Turac bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Mehman Əliyevin hərəkətlərindən qəzəbləndiyi üçün Turac çıxarıldığı xidməti otağın qapısına bir neçə yumruq zərbələri vurmuşdur. Sonra X15 əməkdaşları gələrək Şəxs bölməyə aparmışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxs Şəxs bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən Nicat İslamlıya ünvanlanmış 05 dekabr 2022-ci il tarixli raportdan görünür ki, 05 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində çevik polis əməkdaşları ərazidə xidmət apararkən X19 Şöbəsinin efir vasitəsilə çağırışı ilə inzibati binaya yaxınlaşmışlar. Bir nəfər şəxs inzibati binada səs küy-salaraq onların digər vətəndaşlara xidmət göstərmələrinə maneçilik törətmişdir. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək vətəndaşı xidməti avtopatrula əyləşdirərək 10-cu polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan “X10 haqqında“ protokoldan görünür ki, Şəxs 05 dekabr 2022ci il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuş, 06 dekabr 2022-ci il tarixdə azad olunmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 05 dekabr 2022-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və protokol tərtib etmiş şəxslərin, həmçinin şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin X18 Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, Həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1849/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1849/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver