Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1849/2025 03.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından «Prestige Electronics” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala və inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EP ******* nömrəli protokola əsasən, Şəxs MMC 50000.00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 21 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq, 14262.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 22 avqust 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Qeyd olunanlara əsasən, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsasən Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə xx.xx.2025-ci il tarixli **********2542 nömrəli gömrük bəyannaməsini təqdim edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda göstərilmiş 14262 ABŞ dolları məbləğində vəsaitin 12194 ABŞ dolları məbləğində hissəsi xx.xx.2025-ci il tarixli **********2542 nömrəli gömrük bəyannaməsinə əsasən idxal olunan malların gömrük rəsmiləşdirilməsi aparılmışdır. Lakin müxtəlif vaxtlarda sektoru dəyişmək niyyətində olduqlarından gömrük bəyannaməsində qeyd olunan mallar Azərbaycan Respublikasına gecikmə ilə idxal edilmişdir. Məhkəmədən inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi – aparıcı hüquq məsləhətçisi X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə yazılı şəkildə ərizə ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş EP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə baxılan inzibati işin məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, **********2542 nömrəli YGB avans köçürməsinə uyğundur. Protokolda qeyd edilən 14262.00 ABŞ dollarından 12194 ABŞ dollarını çıxdıqda 2068 ABŞ dolları qalıq qalır. xx.xx.2016-cı il tarixli Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən yalnız banklar tərəfindən idxal edilməyən malların və geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dollarından çox olduqda Mərkəzi Banka göndərilir. Hazırki işdə təqdim edilən YGB üzrə mallar ölkəyə gecikmə ilə idxal edilmişdir. Odur ki, əməldə inzibati xəta tərkibinin olub-olmaması barədə çıxarılacaq qərar məhkəmənin mülahizəsinə buraxılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin nümayəndəsi X1 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli **********2542 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasına Şəxs MMC-nin adına 12194 ABŞ dolları dəyərində elektrik malları idxal edilmişdir. Məhkəmə hesab edir ki, 21 avqust 2023-cü il tarixdə pulun avans olaraq ölkə xaricinə köçürüldüyü tarixdən iki ərzində xx.xx.2025-ci il tarixli **********2542 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən 12194 ABŞ dolları məbləğində mallar ölkəyə gətirilməli idi. Lakin həmin gömrük bəyannaməsindən göründüyü kimi, 12194 ABŞ dolları məbləğində mallar ölkəyə 12 gün gecikmə ilə, yəni xx.xx.2025-0ci il tarixdə gətirilmişdir. İnzibati xətanın törədilməsi 22 avqust 2025-ci il tarixdə başa çatdığından Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi vardır. Buna görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası 430.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülməkdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti olan 14262.00 (on dörd min iki yüz altmış iki) ABŞ dolları məbləğin 20 (iyirmi) faizi məbləğində, yəni 2852 (iki min səkkiz yüz əlli iki) ABŞ dolları 04 (dörd) senti məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1849/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1849/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver