Məhkəmə qərarları › İş №3(002)-185/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-185/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-185/2021 08.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, X1nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-cü il tarixdə Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində anadan olmuş, orta təhsilli, subay, işləməyən, Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs xx xxxx 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay bir uşaq üçün X3 xeyrinə hər 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1344/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1344/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 manat sabiq pul məbləğində aliment tutulub iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmiş, icra sənədi xx xxxx 2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamaışdır. Borclunun bu günə olan aliment borcu 500 manat təşkil edir. Lakin, borclu tərəfindən bu günə kimi hər hansı müsbət addım atılmamışdır. Borcludan xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, lakin maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bu səbəbdən də borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, lakin işsiz olduğundan və maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. İcra sənədi üzrə borclu olduğunu qəbul edir, maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1344/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq Şəxs onun xeyrinə hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda borclu Şəxs şikayətçidir və borc məbləğindən bugünə kimi heç bir ödəniş olunmamışdır. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1344/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2020-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 manat sabiq pul məbləğində aliment Şəxs tutulub iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1344/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1344/2020 saylı, xx.xx.2020ci il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar