Məhkəmə qərarları › İş №3(002)-1853/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1853/2025

09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1853/2025 09.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA-dan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində AYNA-dan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə "xxxx" ASC-nin İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla görünür ki, 08 sentyabr 2025-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu Ekologiya Postunda "xxxx" ASC-yə məxsus yük daşıma yerinə yetirən “Hyundai” markalı ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki vəziyyətin reys qabağı yoxlanılmasının həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilmişdir. Buna görə də "xxxx" ASC-nin barəsində İXM-nin 326-cı maddəsilə 08 sentyabr 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmənin 02 oktyabr 2025-ci il tarixli iclasında iştirak etmiş AYNA-nın nümayəndəsi X1 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 04 noyabr 2025-ci il tarixli iclasında iştirak etmiş AYNA-nın nümayəndəsi Nümayəndə1 tərtib edilmiş protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, Holcim (Azərbaycan) ASC daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs deyil. Qeyd etdiklərinə əsasən "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda bununla bağlı məhkəməyə yazılı ərizə göndərmişlər. Həmin ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Holcim (Azərbaycan) ASC barəsində MN ******* saylı inzibati xəta haqqında protokol (bundan sonra “Protokol” yazılacaq) tərtib edib Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Holcim (Azərbaycan) ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində qeyd edilmiş inzibati xətaya yol vermiş, avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, həmin avtonəqliyyat vasitəsinin sürücüsünün tibbi müayinəsini təşkil edilməmişdir. Hesab edirik ki, Protokol əsassız və qanunsuz olduğu üçün inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, şirkətimizin mülkiyyətində olan “Hyundai” markalı, **-JF-*** qeydiyyat nişanlı avtomobilin texniki vəziyyətinin reysqabağıyoxlanılmaması, sürücünün tibbi müayinədən keçməməsi müəyyən edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9- cu maddəsinə əsasən daşıyıcı - daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqla müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsinədə olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. İXM-nin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunvericiliyə əsasən yük nəqliyyat vasitəsinin reysqabağı texniki baxışıvə sürücünün tibbi müayinəsi tələbi haqq müqabilində yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil edilir. Holcim (Azərbaycan) ASC sement və digər tikinti məhsullarının istehsalı və satışı ilə məşğuldur (bu barədə arayış əlavə edilir). Şirkətimiz yükdaşıma və sərnişin daşıma şirkəti deyil. Şirkətin balansında olan nəqliyyat vasitələri yalnız özünün istehsal etdiyi məhsulların satış nöqtələrinə çatdırılmasını həyata keçirir. Şirkətimiz haqq müqabilində hansısa daşımanı həyata keçirmir. Beləliklə də Holcim (Azərbaycan) ASC daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs deyil. Digər tərəfdən “Hyundai" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi şirkətimizin mülkiyyətində olmaqla nəqliyyat vasitəsini idarə edən X2 şirkətimizin işçisidir (elektron əmək müqaviləsi əlavə edilir). Daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində hər hansı sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxsin işçisi deyil. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən Holcim (Azərbaycan) ASC-nin mülkiyyətində olan “Hyundai" markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmçinin sürücünün reysqabağı tibbi müayinəsinin keçirilməsi tələb edilir. Qeyd edilənlərə əsasən hesab edirik ki, şirkətimizin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin tərkibi mövcud deyil. Oxşar hallarla bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4983/2025 saylı Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2030/2025 saylı qərarlarında məhkəmə, yük daşıma fəaliyyəti ilə məşğul olmayan, öz nəqliyyat vasitələri ilə öz mallarını müştərilərə çatdıran şirkətlərə dair reysqabağı texniki yoxlanış və sürücünün tibbi müayinəsi tələbinin qanunvericilikdə olmadığı üçün icraata xitam vermişdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən, 53.1.1. inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsinə nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan(vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci, 100.5, 109.2, 114.2.1-ci maddələrinə əsaslanaraq Məhkəmədən şəxsin əməlində inzibati xəta tərkibi olmadığı üçün 3(002)-1853/2025 saylı iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük vasitələrinə malik olan hüquqi şəxs deyil. Digər tərəfdən **-JF-*** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsi "xxxx" ASC-nin mülkiyyətində olmaqla nəqliyyat vasitəsini idarə edən X2 ASCnin işçisidir, daşıma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində hər hansı sərnişin və yük daşımalarını yerinə yetirən,mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxsin işçisi deyil. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 24 noyabr 2025-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələrinin tələblərinə, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4, 1.0.5, 1.0.9 və 26.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən, sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə öz hesabına daşımaları yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində göstərilən inzibati xətanın subyekti deyillər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərindən aydın olur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" ASC-nin 08 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar