Məhkəmə qərarları › İş №3(002)-1863/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1863/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1863/2023 24.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 288 saylı orta məktəbin yanında müvəqqəti məskunlaşmış Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 24 avqust 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 17 iyul 2023-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə arvadı X3 döyərək sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X6 protokolu müdafiə edərək bildirmişdir ki, o, həmin protokolu Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emil Seyidbəyov tərəfindən qəbul edilmiş 27 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Bundan sonra onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz aralarında razılığa gəlmiş və barışmışlar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 öz izahatında bildirmişdir ki, iyirmi ilə yaxındır ki, Şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki uşaqları var. Bunlar iyirmi yaşlı qızı Əfsanə və on iki yaşlı Məryəmdir. Səkkiz ilə yaxındır ki, Emin ilə ayrı evlərdə yaşayırlar, lakin rəsmi şəkildə boşanmamışlar. 17 iyul 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində ünvan 1 ünvanında yerləşən mənzilində olan zaman qızı Əfsanə ilə aralarında telefona görə mübahisə yaranmışdır. Buna görə də Əfsanə atasına zəng vurmuş, bir neçə dəqiqədən sonra Emin onlara gələrək onunla mübahisə etməyə başlamış və mübahisə zamanı əli ilə onun başına vurmuşdur. Sonra onu əli ilə itələmiş, nəticədə kürəyi ilə divara dəymişdir. Bundan sonra onu yerə yıxmış və uzanmış vəziyyətdə bədəninin müxtəlif nahiyyələrinə təpiklə vurmuş, qızı Əfsanə ilə birlikdə evdən çıxıb getmişdir. Bundan təqribən yarım saat keçdikdən sonra Eminin yaşadığı evə getmiş və Əfsanəni evə gətirmək istəmişdir. Lakin bu zaman təkrar aralarında sözlü mübahisə yaranmış və Emin onun bədənin müxtəlif naiyyələrinə təkrarən vurmuşdur. Lakin halhazırda o, Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 17 iyul 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı mənzildə olarkən qızı Əfsanə ona zəng vuraraq Samirə ilə mobil telefon üstündə mübahisə etdiyini demişdir. O dərhal evdən çıxaraq Baxışova Samirənin yaşadığı evə getmiş və Samirənin qızı Əfsanə ilə mübahisə etdiyi gömüşdür. O müdaxilə etmək istədikdə Samirə onun sinəsindən əli ilə vuraraq itələmiş, onun boğazından tutaraq onu divara sıxmışdır. Daha sonra ayaqqabı ilə onun başına vurmağa başlamışdır. O bundan sonra Əfsanəni də götürərək yaşdığı evə gəlmiş yarım saat sonra Samirə onun yaşadığı evə daxil olaraq onu ailə üzvlərinin yanında söyüb təhqir etməyə başlamışdır. Onun bu sözlərindən sonra o əsəbini cilovlaya bilməmiş və bir neçə dəfə bədənini müxtəlif nahiyyələrinə vumuşdur. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməldən peşiman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5» X9 20 iyul 2023-cü il tarixli, 516 nömrəli “canlı şəxsin ekpertizası” ekpert rəyindən aydın olur ki, vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının qansızması, sol kürək və sol bazu nahiyyələrinin qançıları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 17 iyul 2023-cü il tarixdə törənməsi mümkündür və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə, tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən zərərçəkmiş X4 məhkəmə iclasında ərizə təqdim edərək Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inizbati materiala xitam verilməsini xahiş etmişdir. Şəxs məhkəməyə ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışğı üçün işə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasl İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar