Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1863/2024 28.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1986-cı ildə Rusiya Federasiyası, Altay vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Füzuli rayonu, Merdinli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üç uşağın yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 600 manat sabit pul məbləğində alimentin tutularaq X9 ödənilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı, 28 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X12 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3316/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmış və borclu şöbəyə dəvət edilmişdir. Borclu verdiyi izahatında maddi vəziyyətinin yaxşı olmadığını və aliment borcunu birdəfəlik ödəmək iqtidarında olmadığnı bildirmişdir. Şəxs borcun hissəhissə ödənilməsi ilə bağlı məhkəmə qərarının olmadığı və borcu tam olaraq ödənilməli olduğu bildirilmişdir. Lakin borclu tərəfindən bu günə qədər icra sənədi tam olaraq icra edilməmiş və onun hal-hazırda 3680 manat borcu yaranmışdır. Bununla da, borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədindən məlumatlıdır və aliment öhdəliyi üzrə mütəmadi ödənişlər edir. Sonuncu dəfə 400 manat, ondan əvvəl isə 600 manat ödəniş etmişdir. Bundan əlavə dəfələrlə uşaqlarına maddi köməklik göstərmiş, onlardan birinin əməliyyat və müalicə xərclərini qarşılamışdır. Alimenti ödəməkdən qəsdən yayınmır. Lakin yaranmış borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Məhkəmə iclasında tələbkar X10 bildirmişdir ki, uşaqların bütün əziyyəti onun üzərindədir. Aliment borcunun Şəxs tərəfindən ödənilməsinə inanmır.Belə ki, Şəxs əvvəllər də bu barədə söz vermiş, lakin icra etməmişdir. Hər dəfə icra baş idarəsinə şikayətlər etdikdən sonra ödənişlər etməyə başlayır. Aliment borcunun tam olaraq ödənilməsini tələb edir, əks təqdirdə ona həbs növündə cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkil X2 Fərid Hacı oğlunun aliment öhdəliyi üzrə ödənişlər etməsi və icra sənədindən icrasından qəsdən yayınmamasını nəzərə alaraq sonuncu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat inzibati qaydada tənbeh edilmiş, lakin barəsində tətbiq olunan cərimə növündə inzibati tənbeh tədbirindən sonra tələbkarın xeyrinə ödəniş həyata keçirdiyindən Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməli olması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilmişdir. Qeyd olunanlar, yəni barəsində inzibati tənbeh tədbiri tətbiqindən sonra qısa müddət ərzində ödənişlər edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 aliment öhdəliyini icra etmək üçün kifayət qədər imkanlarının olmasına rəğmən məqsədyönlü və qərəzli olaraq qətnamənin icrasından yayınmasına dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif edilmişdir və ona maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, tələbkarın borcun ödənilməsini tələb etməsi və şikayətçi olmasını nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 28 iyun 2024-cü il tarixdən, saat 17:45dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1863/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1863/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver