Məhkəmə qərarları › İş №3(002)-1863/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1863/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1863/2025 19.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 2007-ci ildə Xaçmaz rayonu Moruqoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 19 sentyabr 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 19 sentyabr 2025-ci il tarixdə, saat 12:21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində idarə etdiyi “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən avtoxuliqanlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin axtarış üzrə inspektoru, polis leytenantı X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 19 sentyabr 2025-ci il tarixdə, saat 12:21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində sürcülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən avtoxuliqanlıq hərəkətləri etmiş və həmin görüntüləri videolentə alaraq sosial şəbəkədə yaymışdır. Odur ki, şəxsin barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir., Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında barəsində tərtib edilən protokolu qəbul edərək bildirmişdir ki, Qobustan qəsəbəsində yerləşən avtomobil təmiri sexində usta köməkçisi işləyir. 17 sentyabr 2025-ci il tarixdə sürücülük vəsiqəsi və etibarnamə olmadan həmin sexdə təmirdə olan “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtobilin üzərində açarının olduğunu görüb məhəllə arasında idarə etmişdir. Bu zaman sürətlər qutusundan istifadə edərək avtomaşını qəflətən sürətləndirməklə arxa hissəsini qaçırtmışdır. Həmin vəziyyəti də telefonda qeydə alıb “Tik Tok” sosial şəbəkəsində paylaşmışdır. videogörüntüdəki səs maşından gəlmir. O öz izahatında törətdiyi əməldəən peşiman olduğunu, ailəsində yeganə qazanc gətirən şəxs olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs 19 sentyabr 2025-ci il tarixdə “Tik Tok” sosial şəbəkəsində yaydığı videogörüntüdə Qaradağ rayonu, Qobustan qəsəbəsində idarə etdiyi “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşayiət olunan avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə” 17 sentyabr 2025-ci il tarixli aktın surətindən aydın olur ki, “VAZ 21074” minik markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobil 17 sentyabr 2025-ci il tarixdə, saat 18:10-da öz hərəkəti ilə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə əsas cəza növü kimi inzibati cərimə təyin edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar