Məhkəmə qərarları › İş №3(002)-1868/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1868/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1868/2024 01.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X9, Tələbkar Məsiyeva (Əsgərova) Tünzalə Kazım qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Rusiya Federasiyasının Moskva vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ünvanını bilmədiyi fərdi evdə kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Əsgərov X11 rayon Məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, 17 fevral 2022-ci il tarixdən başlayaraq 03 fevral 2016-cı il təvəllüdlü X2, 16 iyul 2018-ci il təvəllüdlü X3 və 07 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla cəmi 450 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3793/2023 saylı, 19 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-cü il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-855 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılmış, cavabdeh Şəxs iddiaçı X1 xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2020-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşağa görə 165 (yüz altmış beş) manat olmaqla, üç uşağa görə cəmi 495 (dörd yüz doxsan beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 01 iyul 2024-cü il tarixdə hər iki icra sənədi bir icraatda birləşdirilmişdir. 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra işi əvvəlcə Naxçıvan İcra və Probasiya Şöbəsində olmuş, borclu da keçmiş aliment borcundan Naxçıvan İcra və Probasiya Şöbəsində 1300 ödəniş etdiyini qeyd etsə də bununla bağlı müvafiq ödəniş çeklərini ona təqdim etməmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-1438/2023 saylı, 28 noyabr 2023-cü il tarixli qərarı ilə borclu İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs olunmuşdur. Borclu bu gün 2885 manat aliment borcundan 400 manat ödəniş etmiş və hal-hazırda 2485 manat borcu qalmışdır. Buna görə də borclu barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 01 iyul 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Məsiyeva (Əsgərova) Tünzalə Kazım qızı öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-855/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən ona üç uşağa görə 450 manat aliment kəsilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3793/2023 saylı, 19 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən aliment məbləği artırılaraq 495 (dörd yüz doxsan beş) manat olmuşdur. Borclunun bu günə olan 2885 manat aliment borcundan 400 manat ödəniş etmişdir. Borclu ilə öz aralarında yerdə qalan aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəldikləri üçün onun barəsində başlanmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. X22 Respublikasında qeydiyyatdadır və icra işi ilk dəfə Naxçıvan İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvanda təqribən 05 ay qalmış və həmin müddətdə aliment borcundan müəyyən ödənişlər etmişdir. Lakin icra işi Qaradağ rayon İcra Şöbəsinə gələrkən bunlar nəzərə alınmamışdır. Bundan başqa son yeddi ayın aliment borcunu mütəmadi olaraq ödəmişdir. Onun şəxsi hesablamasına görə 1150 manat borcu qalıb, lakin tələbkar ilə 1500 manat borca razılaşmışlar. Bu gün, yəni proses gedişində 400 manat ödəniş etmişdir. Şərait yaradılcağı təqdirdə ən qısa müddətdə ödəyəcəyini öhdəsinə götürərək, həmçinin tələbkarla aralarında arazılığa gəldiklərini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və icra məmurunun çağırışlarına gəlməkdən imtina etməsinə dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa borclu məhkəmə iclasının gedişində 400 manat ödəniş etmiş və məhkəmə iclası gedişində tərəflər arasında aliment borcunun ödənilməsi ilə bağlı razılığa gəlinmiş, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə aralarında razılığıa gəldiklərini, bu səbəbdən də sonuncunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1. maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar