Məhkəmə qərarları › İş №3(002)-187/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-187/2021

08.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-187/2021 08.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Qusar rayonu, Quxur-Oba kəndində anadan olmuş, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Qusar rayonu, Quxur-Oba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Həmin protokol xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən tərtib edilmişdir. Protokola və qərara əsasən, Şəxs xx.xx.2020-ci il tarixdə saat 22:30 radələrində Qaradağ rayonu, Qobustan qəsəbəsində VAZ-21011 markalı **-SG-*** dövlət nömrə nişanlı avtomobildə olan digər iki şəxslə birlikdə saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş və onun narkotik maddə olan marixuana qəbul etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs izahat verərək bildirdi ki, Eyvaz adlı dostu Ağcabədi rayonu ərazisində hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdə Eyvaz ona dostları Bəhram və Məqsədin onun yanına gələcəklərini bildirmiş və “istəsən sən də gəl” ifadəsini işlətmişdir. Bundan sonra o, Bəhram və Məqsədlə danışaraq Eyvazın yanına getməyi qərara almışlar. xx.xx.2020-ci il tarixdə saat 10:30 radələrində Bəhramın idarə etdiyi VAZ-21011 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu götürməyə gəlmişlər. Qusar rayonu ərazisindən çıxdıqdan sonra o, yoldan tapdıqları, maşının saxlanc yerinə qoyulan, içərisində qurudulmuş marixuana olan kibrit qutusunu açmış və həmin narkotik vasitədən hər üçü istifadə etmişdir. Həmin gün saat 22:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən DYP postunda polis əməkdaşları içərisində olduqları avtomaşını saxlatdırmış, avtomaşın yoxlanılarkən içərisində az miqdarda qurudulmuş marixuana olan kibrit qutusu polis əməkdaşları tərəfindən götürülmüşdür. Onların sidik analizində isə qurudulmuş marixuana qəbul etdikləri aşkar edilmişdir. Hadisəyə görə səmimi olaraq peşmandır. İnzibati məsuliyyətə ilk dəfə cəlb olunmuşdur. Bir daha belə əmələ yol verməyəcəyinə söz verir. Ailə və maddi vəziyyəti ağırdır, atası xəstədir, anası vəfat etmişdir, himayəsində iki azyaşlı uşağı vardır, ailəyə yeganə qazanc gətirən şəxs özüdür. Qeyd olunanlara əsasən ona həbslə bağlı olmayan tənbeh verilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, inzibati xəta haqqında materialı tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X3 tərəfindən tərtib olunmuş MN No ******* saylı, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Onun əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2916 saylı rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd olunanları, inzibati işin hallarını, inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmadığını, ailə vəziyyətini, səmimi peşmançılığın Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal olduğunu, maddənin sanksiyasında alternativ tənbehlərin nəzərdə tutulduğunu nəzərə alaraq, məhkəmə Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar