Məhkəmə qərarları › İş №3(002)-187/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-187/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-187/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 yanvar 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs 190990.00 İngilis funt sterlinqi məbləğində vəsaiti 23 dekabr 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 190990.00 İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. İnzibati xəta 24 dekabr 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs etibarnamə üzrə nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan başqa, Şəxs nümayəndəsi Z.İ.Həsənli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixində "xxxx" ASC Nərimanov fililalında olan cari hesabından X2 ASPO-ya 190990 ingilis funt sterlinqi köçürmə olmuşdur. xx.xx.2020-ci il tarixində olan köçürmə (**********7223-1729 GBP; **********4887-1729 GBP; **********6311-15025 GBP; **********7327-218 GBP; **********0969-5172 GBP; **********0957-18711 GBP; **********0960-70525 GBP; **********1646-77878 GBP) qeyd olunan bəyannamələr üzrə bağlanmışdır. Göstərilənlərlə əlaqədar pulun geri qaytarılmasını təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli, 3(002)-187/2023 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanı ünvan 1rəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (03 fevral 2023-cü il tarixli reyestr nömrəsi 7). İş materiallarına əlavə edilmiş xəbərnamədən görünür ki, sifarişli poçt göndərişi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi tərəfindən 09 fevral 2023-cü il tarixdə imza edilməklə qəbul olunmuşdur. İş materiallarında olan 09 fevral 2023-cü il tarixli, 3(002)-187/2023 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanı ünvan 1rəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi ünvanı ünvan 3çinin səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 08 fevral 2023-cü il tarixli məhkəmə iclası 20 fevral 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan köçürmə sənədindən görünür ki, Şəxs tərəfindən pulun köçürülməsinə əsas olan müqavilə üzrə ümumilikdə 190990.00 İngilis funt sterlinqi məbləğində vəsait xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-yə geri qaytarılmış, avans bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli xxxx/0573 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində "xxxx" ASC Nərimanov fililalında olan cari hesabından X2 ASPO-ya 190990 ingilis funt sterlinqi köçürmə olmuşdur. xx.xx.2020-ci il tarixində olan köçürmə (**********7223-1729 GBP; **********4887-1729 GBP; **********6311-15025 GBP; **********7327-218 GBP; **********0969-5172 GBP; **********0957-18711 GBP; **********0960-70525 GBP; **********1646-77878 GBP) qeyd olunan bəyannamələr üzrə bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 190990.00 İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesablarından 23 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də həmin tarixdə olan köçürmələr (**********7223-1729 GBP; **********4887-1729 GBP; **********6311-15025 GBP; **********7327-218 GBP; **********0969-5172 GBP; **********0957-18711 GBP; **********0960-70525 GBP; **********1646-77878 GBP) qeyd olunan bəyannamələr üzrə bağlanmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaiti müəyyən edilmiş müddətdə istifadə olunmadan geri qaytarıldığı üçün Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar