Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1872/2024 24.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X5, Şikayət vermiş şəxsin vəkili Vəkil, Vİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X2 iştirakları ilə X5 YPX inzibatı qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək YPX inzibati qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, YPX inzibati qrup Baş Yol Patrul Xidməti İnspektoru Polis Baş X1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati xəta haqqında Qərarına əsasən X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 40 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qərarın surəti rəsmi qaydada X6 xx.xx.2024-cü ildə təqdim edilmişdir. Həmin qərarla "barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP6337794 nömrəli protokola əsasən o, xx.xx.2024-cü il tarixdə, saat 09:25-də Bakı- Qazax yolunun 24-cü kilometrliyi ərazisində "Mercedes Benz C200" minik markalı 90VX616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə nəticəsində İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. X9 barəsində hazırkı iş üzrə qeyd olunan protokolun və qərarın tərtib edilməsi aşağıda təsvir olunan qaydada baş vermişdir: X9 xx.xx.2024-cü il tarixdə, saat 09:25-də Bakı-Qazax yolunun 23 cü kilometrliyində Ələt istiqamətində təqribi 100 km/saat sürətlə hərəkətdə olarkən qarşıda 2 sərnişin avtobusunun bir-birinin ardınca hərəkətdə olduğunu müşahidə etmişdir. Sərvər Əliyev ötmə əməliyyatını həyata keçirmək məqsədilə 3-cü zolağa yerdəyişmə edən zaman avtobuslardan biri də eyni şəkildə dönmə işıq siqnalını yandıraraq 3-cü zolağa yerdəyişmə etmiş və sanki digər avtobus ilə yarışırmış kimi təqribi ***-**** metr yanaşı hərəkət etmişlər. Nəhayət, 2-ci zolaqda olan avtobus 1-ci zolağa yerdəyişmə etmiş, Sərvər Əliyev ötmə əməliyyatını yekunlaşdırmaq məqsədilə məcburiyyətdən 2-ci zolağa keçmişdir. Ötmə əməliyyatını tam başa çatdırmamış yol nəqliyyat hadisəsinin digər iştirakçısı Şahid idarə etdiyi "Mersedes-Benz" markalı 77CQ065 dövlət qeydiyyat nişanı avtobusun ön sağ tərəfi ilə Sərvər Əliyevin idarə etdiyi avtomobilin arxa sol tərəfindən vurmuşdur. X10 idarəetməni itirərək onun idarə etdiyi nəqliyyat vasitəsi yolun ortasındakı dəmir dirəklərə çırpılmış, Sərvər Əliyevin idarə etdiyi avtomobil yararsız hala düşmüşdür. Hadisədən sonra yol nəqliyyat hadisəsini törədən avtobus yaxınlıqdakı körpünün altında avtobusu saxlayaraq Sərvər Əliyevə yaxınlaşıb hadisəni müzakirə edib, səhv etdiyini etiraf etmişdir. Buna baxmayaraq, hadisədən az sonra hadisə yerinə gəlmiş Yol Patrul Xidmətinin əməkdaşları hadisənin mexanizmi ilə tanış olsalar da sonradan hadisə yerinin sxemini tərtib edərkən qanunsuzluğa yol vermiş, guya onun hərəkət zamanı manevretmə qaydalarını pozmasını əks etdirən sxemi tərtib etmişlər. Sərvər Əliyev sxemlə tanış olduqdan sonra sxemin düzgün tərtib edilmədiyini, onun bu hadisədə heç bir günahı olmadığını bidirsə də YPX əməkdaşı Sərvər Əliyevi aldatmış, o, hadisədə onun heç bir günahı olmadığını bildirib izahata və sxemə imza etdirmişdir. Qeyd edildiyi kimi Sərvər Əliyev təsvir olunan yol nəqliyyat hadisəsi zamanı yol hərəkəti qaydalarının heç bir tələbini pozmamışdır. Ona görə də onun barəsində tərtib edilmiş protokol və qərar ləğv olunmalıdır. Göstərilənlər YPX əməkdaşı tərəfindən kamera görüntüləri Sərvər Əliyevə nümayiş olunan zaman da təsdiq olunmuşdur. Sərvər Əliyevə barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri ilə razılaşmadığından şikayətlə Qaradağ rayon prokuroruna və DİN BDYPİ-nə şikayət ərizələri ilə müraciət etmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır. Göründüyü kimi, Sərvər Əliyevin əməlində İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Belə ki, tərtib edilmiş protokolda Sərvər Əliyevin törətdiyi inzibati xətanın nədən ibarət olduğu bəlli deyil. Həmin protokolda yalnız İXM-nin 327.1-ci maddəsinin və nəzərdə tutulan inzibati xətanın törədilməsi göstərilsə də həmin maddədə nəzərdə tutulmuş 6 adda pozuntunun məhz hansının Sərvər Əliyev tərəfindən törədildiyi məlum deyildir. Həmin protokol əsasında tərtib edilmiş qərarda isə pozuntunun növü "əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə" kimi qeyd edilsə də bu pozuntunun nəyin əsasında qərara daxil edildiyi məlum deyil. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxsin vəkili Vəkil şikayəti müdafiə edərək, xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 izahatında bildirmişdir ki, həmin tarixdə o, "Mercedes Benz C200" minik markalı nəqliyyat vasitəsi ilə yolun soldan birinci zolağı ilə hərəkətdə olmuşdur. Onunla eyni zolaqda hərəkətdə olan avtobus ona ötmə əməliyyatı etməsi üçün şərait yaratmadığından o, orta zolaqda yolun boş olmasından istifadə edərək ötmə əməliyyatına başlamışdır. Lakin o, ötmə əməliyyatını başa çatdırmamış avtobus onun avtomobilinin arxa hissəsinə çırpılmış nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Ümumiyyətlə avtobus idarə edən sürücülərin yolun soldan birinci zolağı ilə hərəkət etmələrinə icazə olmadığını, avtobusun digər avtobusla yarışması səbəbindən onun hərəkətdə olduğu yolda ötmə əməliyyatını həyata keçirməsinə şərait yaratmadığını nəzərə alaraq, yol nəqliyyat hadisəsi ilə bağlı tənbeh tədbirinin ona tətbiq edilməsi düzgün olmamışdır. Bu səbəbdən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Vİ Tağım Baş yol patrul xidməti inspektoru polis baş leytenantı X4 izahat verərək qeyd etmişdir ki, sürücü X9 hərəkətdə olduğu soldan birinci zolaqla hərəkətdə olan avtobusun ötmə əməliyyatını başa vuraraq orta zolağa keçid etməsini gözləmədən avtobusu sağ tərəfdən ötməyə başlamışdır. Həmin vaxt avtobus orta zolaqla hərəkətinə davam etmək məqsədilə sağ tərəfə doğru istiqamətlənmiş, X9 nəqliyyat vasitəsinin kor nöqtəsi deyilən hissəsində olduğu üçün onu görmək imkanına malik olmamış, bu səbəbdən "Mercedes Benz C200" markalı nəqliyyat vasitəsinə dəydikdən sonra sükanı sol tərəfə çevirmiş və dəmir hasarlıqlara çırpılmışdır. X5 avtomobilini həmin yolda idarə edilməsinə icazə verilmiş yüksək sürət həddində idarə etdiyi üçün idarəetməni itirmiş və dəmir hasarlara çırpılmışdır. Yol nəqliyyat hadisəsi araşdırılarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respubliksı Qanunun tələblərinin sürücü X9 tərəfindən pozulduğu nəzərə alınmış və onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edimişdir. Həmçinin, izahatına əlavə olaraq qeyd etmişdir ki, yol nəqliyyat hadisəsinin qeydə alındığı görüntünü məhkəmə iclasında tədqiq edilməsi məqsədilə məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən şahid X7 bildirdi ki, xx.xx.2024-cü il tarixdə o, X5 idarə etdiyi "Mercedes Benz C200" minik markalı nəqliyyat vasitəsində sərnişin qismində olmuşdur. Belə ki, onlar yolun soldan birinci zolağı ilə hərəkətdə olmuşlar. Onlardan irəlidə, onların hərəkətdə olduğu zolaqda və sağ zolaqda avtobuslar hərəkət etmişlər. Həmin vaxt sol zolaqla hərəkətdə olan avtobus sağ zolaqla hərəkətdə olan avtobusu ötməyə çalışsa da sağ solaqla hərəkətdə olan avtobus sürətlə hərəkət etdiyi üçün bu əməliyyat bir qədər vaxt aparmışdır. Həmin vaxt sürücü S.H.Əliyev avtobusların sanki birbirləri ilə yarışdığını vurğulamışdır. Bir qədər sonra orta zolaqla hərəkətdə olan avtobus sağdan birinci zolağa doğru istiqamətlənmiş, orta zolağın boş olduğunu görən sürücü S.H.Əliyev orta zolaqla ondan solda hərəkətdə olan avtobusu ötmək istəmişdir. Həmin vaxt avtobus onların həmin yolda olmasından xəbərsiz olduğu üçün sağ tərəfə keçid etmək istəyərkən nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasında iştirak edən Şahid bildirdi ki, idarə etdiyi avtobusda Azərbaycan Respublikası ərazisinə qonaq gəlmiş xarici vətəndaşları Qobustan qəsəbəsi istiqamətində daşıyarkən orta zolaqla hərəkətdə olan avtobusu ötməyə başlamışdır. Avtobusun sürəti həmin yol üçün nəzərdə tutulduğundan yüksək həddə olduğu üçün ötmə əməliyyatını başa vurmaq bir qədər uzanmışdır. Orta zolaqda hərəkətdə olan onun ötməyə çalışdığı avtobusun sağ tərəfdən birinci zolağa doğru istiqamətləndiyini gördükdə o da sol tərəfdən birinci zolaqdan orta zolağa keçid etməyə başlamışdır. Həmin vaxt nəqliyyat vasitəsi ilə toqquşma baş verdiyini başa düşdükdə sükanı dərhal sol tərəfə çevirmiş və dəmir hasarlara çırpılmışdır. "Mercedes Benz C200" markalı nəqliyyat vasitəsi onu sağ tərəfdən ötməyə çalışarkən onun avtomobilinin kor görmə nöqtəsi hissəsinə təsadüf etdiyindən onu görmək imkanı olmamışdır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərara əsasən X9 xx.xx.2024-cü il tarixdə "Mercedes Benz C200" minik markalı 90VX616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş 01 ədəd CD diskə yerləşdirilmiş görüntülərdən aydın olur ki, iki avtobus biri yolun soldan birinci zolağı, digəri isə orta zolaqda, "Mercedes Benz C200" minik markalı avtomobil isə soldan birinci zolaqda hərəkətdə olan avtobusdan arxada hərəkət edirlər. Avtomobillər bir qədər bu vəziyyətdə hərəkət etdikdən sonra orta zolaqda hərəkətdə olan avtobusun sağ tərəfdən birinci zolağa doğru istiqamətlənməsi nəticəsində yaranmış ara məsafədən, yəni hərəkətdə olan avtobusun sağ tərəfindən "Mercedes Benz C200" markalı nəqliyyat vasitəsi ötmə əməliyyatı həyata keçirməyə başlamışdır. Bu vaxt avtobus da soldan birinci zolaqdan orta zolağa keçid etməyə başlamış və toqquşma baş vermişdir. Həmçinin, X5 vəkili Vəkil tərəfindən məhkəməyə vəsatət təqdim edilərək məhkəmə avto-texniki ekspertizanın keçirilməsi xahiş olunmuşdur. Təqdim olunmuş videogörüntü, qərardan şikayət vermiş şəxsin özünün və şahidlərin izahatları ilə "Mercedes Benz C200" minik markalı nəqliyyat vasitəsinin avtobusu sağ tərəfdən ötməsi müəyyən olunduğundan məhkəmə ekspertizanın keçirilməsinin zəruri olmadığı qənaətinə gəldiyindən vəsatəti təmin etməmişdir. Beləliklə, məhkəmə X5 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X9 xx.xx.2024-cü il tarixdə "Mercedes Benz C200" minik markalı 90VX616 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir. Həmin Qanunun 51-ci maddəsinin İ hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Həmin Qanunun 51-ci maddəsinin İİ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Həmin Qanunun 51-ci maddəsinin İİİ hissəsinə əsasən ötmənin sonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəl tutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin, eyni istiqamətdə hərəkət üçün iki və daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhal yenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyat vasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər. Beləliklə, məhkəmə apardığı araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, sürücü X9 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla ondan irəlidə hərəkətdə olan nəqliyyat vasitəsini sağ tərəfdən ötdüyü üçün yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Baş Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən haqlı olaraq inzibati xəta haqqında qərar onun barəsində qəbul edilmişdir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, YPX inzibatı qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X5 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. YPX inzibatı qrup Baş Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1872/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1872/2024
24.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver