Məhkəmə qərarları › İş №3(002)-1883/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1883/2024

02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1883/2024 02.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə MN ******* nömrəli, 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 22 may 2024-cü il tarixdə Qaradağ rayonu, Bakı-Qazax şosesinin 24-cü km-də fəaliyyət göstərən Şəxs Ağdağ Gips zavodunun fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olması və tullantıların təmizlənməsi üçün qurğuların istismarı qaydalarının pozulması faktı aşkarlanmışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs-nin etibarnamə üzrə nümayəndəsi X2 protokola etiraz edərək bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən ətraf mühitin mühafizəsi ilə bağlı monitorinq yoxlamalar keçirilmişdir. Aparılan yoxlama zamanı 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən Avanqard-N” MMC-yə qarşı 85190 saylı, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və inzibati araşdırmanın nəticəsi olaraq ******* saylı protokol tərtib edilərək material Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Yoxlamalar “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsinə əsasən “ətraf mühitin mühafizəsi sahəsində” dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 4.2.1-ci maddəsinə əsasən yoxlamaların əsas prinsiplərindən biri də qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıqdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 4-2.1.3-cü maddəsinə əsasən yoxlayıcının əsas vəzifələrindən biri də yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkara məsləhətlərin və izahatların təqdim edilməsindən biridir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 4-2.1.6-cı maddəsinə əsasən yoxlayıcı yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə yoxlamanın başlanmasına ən azı 5(beş) iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcının hüquq və vəzifələri göndərilir. Plandankənar, yəni növbədənkənar yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Lakin, yoxlayıcı tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələbləri kobudcasına pozulmuşdur. Qeyd edilənlənlərdən başqa, onu da Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, yoxlayıcı tərəfindən ölçü cihaz vasitəsilə aparılan yoxlama “Ağdağ” zavodundan təxminən 10 metr aralıda aparılmışdır. Halbuki, həmin ərazidə tək “Ağdağ” zavodu” fəaliyyət göstərmir, həmin yoxlama aparılan ərazidə bir neçə istehsalat müəssisəsi fəaliyyət göstərir. Lakin, yoxlayıcı tərəfindən ətraf mühitin çirklənməsinin məhz “Ağdağ” zavodu tərəfindən çirkləndirilməsi istər tərtib edilmiş aktda, istərsə də protokolda əsaslı şəkildə öz əksini tapmamışdır. Buna görə də inzibati protokol əsassız tərtib edilmişdir və barələrində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. Şəxs-nin etibarnamə üzrə nümayəndəsi X2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyiyinin əməkdaşları tərəfindən aparılan yoxlamaya heç bir maneçilik törədilməyib.Nümayəndələrə bununla bağlı şirkət rəhbərliyinə məlumat verilməsi bildirilmiş, lakin onlar cavab gözləmədən ölçmələri zavodun kənarında aparmışlar. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, tərəflərindən Qaradağ rayonu xidməti ərazisində “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının, həmçinin ətraf mühitin mühafizəsi sahəsində qəbul edilmiş digər normativ hüquqi aktların icrasına nəzarət məqsədilə X7 Monitorinq İdarəsinin əməkdaşlarının iştirakı ilə monitorinqlər keçirilmişdir. Monitorinqlər zamanı Qaradağ rayonu, Bakı-Qazax şosesinin 24-cü km-də fəaliyyət göstərən Şəxs gips zavodunun tüstü borusundan ətraf mühitə tüstünün yayıldığı vizual baxışla müəyyən edilmişdir. X7 Monitorinq İdarəsinin əməkdaşı tərəfindən gips zavodunun ətraf ərazisində atmosferə atılan zərərli maddələrin miqdarının müəyyən edilməsi məqsədilə ölçmə-analiz işləri aparılmış, nəticədə ətraf mühitə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olması aşkarlanaraq 22 may 2024-cü il tarixli 001917 №li monitorinq aktı tərtib olunmuşdur. Ölçmə-analiz işlərinin aparılması zamanı iştirakının təmin olunması məqsədilə şirkətin nümayəndəsi Şirəliyev Cəsarət dəvət olunsa da, o, öz növbəsində ölçmə-analiz işlərində iştirakdan imtina etmişdir. Şəxs rəhbərliyinə mövcud vəziyyətlə bağlı məktub ünvanlanaraq inzibati araşdırmada iştirak etməsi ilə bağlı dəvət olunmuşdur. 12 iyun 2024-cü il tarixdə Şirəliyev Cəsarət inzibati araşdırma iştirak etmiş, tərəfimizdən ölçmə-analiz işlərinin nəticələri təqdim edilərək gips zavodunun fəaliyyəti zamanı “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinin pozulduğu izah olunmuşdur. Şirəliyev Cəsarət inzibati araşdırmada iştirak etsə də tərtib olunan akta və Şəxs barəsində tərtib olunan protokola imza etməkdən imtina etmişdir. Araşdırma müddətində MMC-nin gips zavodunda təmizləyici qurğulardan istifadə olunsa da monitorinqin (ölçmə-analiz işlərinin) nəticəsinə əsasən qurğuların istismar qaydalarının pozulması müəyyən edilmişdir. Protokolu müdafiə edir və "xxxx" ASC-nin inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, nümayəndələr zavodun daxilinə buraxılmadığından ölçmələr zavodun hasarından kənarda aparılmışdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 22 may 2024-cü il tarixli, 001917 nömrəli monitorinq aktından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Ağdağ gips zavodunun ətraf ərazisində monitorinq zamanı əraziyə keçirilən baxış zamanı ərazidə tüstü müşahidə olundu. Ölçmə-analiz işləri saat 11:00-dan 12:00-dək müəssisəsə fəaliyyətdə olan zaman müəssisənin ətraf ərazsində ankat 64M3-04 səyyar cihazı vasitəsi ilə aparıldı. Ölçmənin nəticələrinə görə həmin ərazidə CO -11.5 mq/m3 (norma 5.0 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. Monitorinq zamanı çəkilmiş fotoşəkillər akta əlavə olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs barəsində MN ******* nömrəli, 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, ”Avanqard-N” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, ,”Avanqard-N» Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan “Ağdağ” gips zavodu tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının müəyyən edilməsi məqsədilə aparılmış ölçmə-analiz işləri zavadonun ərazisində deyil ondan xeyli kənarda aparılmışdır və bu da labaratoriya göstəricilərinin ”Avanqard-N” MMC-yə münasibətdə doğruluğunu şübhə altına alır. Bundan başqa məkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən ekoloji vəziyyətin öyərnilməsi ilə bağlı Avanqard-N» Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan “Ağdağ” gips barəsində aparılmış yolxalamalar zamanı qanunvericiliyin tələbləri pozulmuşur. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 71.1-ci maddəsinə əsasən “ətraf mühitin mühafizəsi sahəsində” dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları bu Qanunun və “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 4.2.1-ci maddəsinə əsasən yoxlamaların əsas prinsiplərindən biri də qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıqdır. Həmin ” Qanunun 4-2.1.3-cü maddəsinə əsasən yoxlayıcının əsas vəzifələrindən biri də yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkara məsləhətlərin və izahatların təqdim edilməsindən biridir. Həmin Qanununun 4-2.1.6-cı maddəsinə əsasən yoxlayıcı yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə yoxlamanın başlanmasına ən azı 5(beş) iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcının hüquq və vəzifələri göndərilir. Plandankənar, yəni növbədənkənar yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Məhkəmə hesab edir ki, inzibati orqan yoxlamanı həyata keçirərəkən qanunviriciliyin qeyd edilən tələblərinə riayət etməmiş və bununla da Avanqard-N» Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibində olan “Ağdağ” gips zavodunda yoxlamanı faktiki olaraq həyata keçirməmiş, yalnız müəssisənin kənarından ölçmə-analiz işləri aparmaqla kifayətlənmişdir. Bununla da məhkəmə hesab edir ki, qeyd edilən labaratoriya göstəricilərinə əsasən Şəxs Ağdağ Gips zavodunun fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən həddən artıq olması və tullantıların təmizlənməsi üçün qurğuların istismarı qaydalarının pozulması faktı sübuta yetirillmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar