Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1887/2025 25.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, xx xxxxxx 1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN: xxxxxxx) ünvan 1 ünvanında yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: X1 barəsində Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən 07 dekabr 2024-cü il tarixli, ******* nömrəli inzibati protokol tərtib edilmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan EQ 23403421 nömrəli elektron qərara əlavə edilmiş 82C009813BE79995 nömrəli xüsusi texniki vasitə olan fotoqeydiyyat funksiyasına malik kamera ilə qeydə alınmış fotoşəkillərdən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 15:21:15-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci madəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin iş materiallarından görünür ki, inzibati xəta hadisəsinin xx.xx.2024-cü il tarixdə foto qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə qeydə alınmasına baxmayaraq, X2 barəsində EQ 23403421 nömrəli elektron qərar xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Bununla da, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin mərkəzi informasiya sistemi, Bakı şəhərinin inzibati ərazisində parklanma qaydalarının pozulmasına münasibətdə isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi) proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin mərkəzi informasiya sistemi) göndərilir. Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilsin. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1887/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1887/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver