Məhkəmə qərarları › İş №3(002)-1896/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1896/2025

05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1896/2025 05.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, AZ1063, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 17 sentyabr 2025-ci il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3- 33-1100/022/023776 saylı raportun icrası ilə əlaqədar bildiririk ki, "xxxx" MMC-nin ünvanına daxil olmuş plitə yükləri **********2138 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. **********2138 Sorğu nömrəli gömrük bəyannaməsi ilə **********3797 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafaları arasında uyğunsuzluq təşkil edir. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfinden Bakı Baş Gömrük İdarəsində xx.xx.2025-ci il tarixli **********2138 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 29082070 nömrəli vaqon ilə xx.xx.2025-ci il tarixdə "Yalama" gömrük postundan keçməklə Azərbaycan Respublikasınin gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş **********3797 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli **********2138 sorğu nömrəli gömrük bəyannaməsinin qoşma sənədlərinə xx.xx.2025-ci il tarixli 420787 ve 720560 nömrəli invoyslar əlavə edildiyinden qeyd olunan gömrük bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 34188.41 ABŞ dolları qeyd olunmuşdur, lakin xx.xx.2025-ci il tarixli **********3797 sorğu nömrəli qısa idxal bəyannaməsinin qoşma sənədlərinə yalnız xx.xx.2025-ci il tarixli 420747 nömrəli invoys əlavə edildiyindən qeyd olunan qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların ümumi invoys dəyəri 34177.64 ABŞ dollar qeyd olunmuşdur. Bununla da **********2138 sorğu nömrəli gömrük bayannaməsinin 22-ci qrafası ilə xx.xx.2025-ci il tarixli **********3797 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluğun olması müəyyən olmuşdur. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta Əsasən "xxxx" MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azarbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 3-33-1100/022/023776 saylı raport, xx.xx.2025-ci il tarixli **********2138 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2025-ci il tarixli **********3797 sorğu nömrəli qısa idxal bəyannaməsi, Gömrük Xidmətinin "Vahid avtomatlaşdırılmış idarəetmə sistemi" informasiya resursundan çıxarışlar və işdə olan digər sənədlərlə tam və kifayət qədər təsdiq olunur. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nın direktoru X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. İşin mahiyyəti ondan ibarətdir ki, №**********3797 saylı qısa idxal bəyannaməsində malların dəyərinə dair bir invoys (№420747) qeyd edilmiş, digər invoys (№ 9420560) isə qeyd olunmamışdır. Lakin bu hal texniki xarakter daşıyıb və hər hansı məqsədli məlumatın gizlədilməsi və ya təhrif edilmiş məlumatın verilməsi ilə bağlı olmamışdır. Həmin uyğunsuzluq malların gömrük buraxılışı həyata keçirilməzdən əvvəl "xxxx" MMC tərəfindən aşkar edilmiş və 19 iyul 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə rəsmi qaydada müraciət edilməklə bildirilmişdir. Həmin müraciət Bakı Baş Gömrük İdarəsi tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəliş edilməsinə gömrük orqanı tərəfindən icazə verilir. Həmin maddənin 115.2-ci maddəsində nəzərdə tutulan istisna hallar isə bu iş üzrə mövcud deyildir. Göstərilən faktiki və hüquqi hallar sübut edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş düzəliş tələbi tam hüquqi əsaslara uyğun, vaxtında edilmişdir və gömrük orqanı tərəfindən nəzərə alınaraq müvafiq düzəlişlərin edilməsinə icazə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tətbiqi üçün tələb olunan inzibati xəta tərkibi mövcud deyildir. Yuxarıda göstərilənlər və İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi nəzərə alınmaqla, "xxxx" MMC barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, malların ümumi invoys dəyərində təxminən on bir dollar səhv göstərilmişdir. Həmin məbləğ özü də bir daha sübut edir ki, bu mexaniki yanlışlıq nəticəsində baş vermişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC-nin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı 19 iyul 2025-ci il tarixli məktubundan aydın olur ki, ELMA-AZ MMC adına OOO "ULTRADEKOR" adından ölkǝyǝ No 29082070 vaqon üzrə yükümüz gəlmişdir. Nəqliyyat üzərində No 420560 vǝ №o 420747 invoyslar gəlmişdir. No **********3797 tərtib olunmuş qısa idxal bəyannaməsində isə texniki səhvlikdən sadəcə bir invoys qeyd olunmuşdur No 420747. Sizə bildirmək istərdimki bəyannamədə qeyd olunmayan No 420560 invoysu sistem üzrə yerləşdirilməsində köməklik edəsiniz. X3 Postuna yönləndirilməsini xahiş edirik. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən protokolda qeyd olunan uyğunsuzluq vaxtında aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115 və 128-129 -cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin (VÖEN: **********) 17 sentyabr 2025-ci il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar