Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1897/2024 31.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X1 Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Başçısının birinci müavini X5 tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Sözügedən qəbul edilmiş qərarla razı deyildir və qeyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Belə ki, barəsində tərtib edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı qərarda qeyd edilmişdir ki, qanunsuz tikinti tikmişdir və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə cərimə edilməlidir. Bildirir ki, o, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, massiv 2, küçə 6, yer 39 ünvanında 15 kv əl damı tikmişdir. Polis sahə müvəkkili bir səhv edir və xəbərdar etmədən protokol tərtib edir. Həmin səhvi İcra Hakimiyyətinin məsul şəxsləri araşdırıb etmədən özləri cərimə edir. Tərtib edilmiş qərardan onun ümumiyyətlə məlumatı olmamış və qərar ona təqdim edilməmişdir. Qərarın surəti ona poçt vasitəsilə göndərilmiş və qərarı 01 iyul 2024-cü il tarixdə almışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında X3 şikayətə uyğun eyniməzmunlu izahat verərək barəsində tərtib edilmiş qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Qaradağ Rayon icra hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Qaradağ Rayon icra hakimiyyəti məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Qaradağ Rayon icra hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarənda olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Qaradağ RPİ PB-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru F.Bağırov tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati araşdırma başlanmışdır. İş materilllarında olan Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, ərizə təmin olunmalı Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olubolmaması şəxsin iştirakı ilə araşdırılmadan X2 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Həmçinin inzibati araşdırılma aparılmadan X3 barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati qərarın qəbul edilməsinə əsas olan Qaradağ RPİ PB-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru F.Bağırov xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş X3 inzibati araşdırmaya dəvət edilməmiş, izahatı alınmamış, həmçinin qərarın surəti ona təqdim edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə qərarda müvafiq qeyd aparılmamış, torpağın qanuni sahibinin kim olması barədə müvafiq sənədlər əldə etməmişdir. Lakin 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarı qəbul etmiş orqan bu xüsusatlara diqqət yetirməmiş və inzibati qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 06 iyun 2024-cü il tarixli MN ******* saylı qərarın qəbul edilməsi zamanı prossesual pozuntulara yol verildiyindən qərar ləğv edilməli və yenidən baxılması üçün Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilsin. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qaradağ Rayon icra hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1897/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1897/2024
31.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver