Məhkəmə qərarları › İş №3(002)-1898/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1898/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1898/2023 28.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1966-cı ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Qubadlı rayonu, Diləli Müskanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 28 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 26 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən Şəxs 19 avqust 2023-cü il tarixdə, saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-nin giriş hissəsində X1 məxsus 300 manat dəyərində «Redmi 9A» markalı mobil telefon oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 19 avqust 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-də X3 məxsus «Redmi 9A» markalı mobil telefon oğurlamaqla zərərçəkmiş şəxsə 300 manat dəyərində maddi ziyan vurmuşdur. Hal-hazıradək vurulmuş ziyan üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 öz izahatında bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” TM-də yerləşən kafedə işləyir. 19 avqust 2023-cü il tarixdə, saat 18:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin giriş hissəsində ona məxsus, dəyəri 300 manat olan göy rəngli “Redmi 9A” markalı mobil telefon çantasından düşmüşdür. O, telefonu “Meyvəli” ticarət mərkəzinin giriş hissəsində axtarmağa başlamış, telefonuna dəfələrlə zəng etmiş, lakin zəng çatmamışdır. Buna görə də 26 avqust 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PŞ-na ərizə ilə müraciət edərək telefonunu oğurlayan şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə razılaşdıqlarını, sonuncunun ona dəymiş ziyanı bir ay müddətində ödəyəcəyini öhdəsinə götürdüyünü bildirməsini nəzərə alaraq Şəxs barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 2020-ci ilin noyabr ayından “Meyvəli” TM-də arabaçı işləyir. 19 avqust 2023-cü il tarixdə, saat 18:00 radələrində ticarət mərkəzinin giriş hissəsində təsadüfən yerdə göy rəngli “Redmi” markalı mobil telefon görmüş, ətrafda heç kəsin maraqlanmadığını görüb telefonu götürmüşdür. Telefona zəng gəlməmiş, dörd gün gözlədikdən sonra pula ehtiyacı olduğu üçün mobil telefonu “20 Yanvar” metrostansiyasının yaxınlığında bir mağazaya aparmışdır. Orda telefonu satıcıya 70 manata satmışdır. O, əməlindən peşiman olduğunu, ilk dəfə belə bir hərəkət törətdiyini və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 26 avqust 2023-cü il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən X2 müraciəti əsasında toplanmış materil üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs İXM-nin 227-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi, inzibati icraat açılması məqəsdilə məruzə edilməsi, qərarın surətinin məlumat üçün təhqiqata prosessual rəhbərliyi həyata keçirən prokurora və maraqlı tərəfə göndərilməsi, materialın saxlanması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və zərəçəkmiş şəxsin ərizəsini nəzərə alaraq ona ictimai işlər növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 26 avqust 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 26 avqust 2023-cü il tarixdə saat 22:00-da tutulmuşdur. Odur ki, bu hal İXM-nin 30.3-cü maddəsinə əsasən tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 30.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona 150 (yüz əlli) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə; ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Qubadlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə zalından inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar