Məhkəmə qərarları › İş №3(002)-1898/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1898/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1898/2025 24.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, "xxxx" MMC-nin direktoru Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsindən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan aydın olur ki, vəzifəli şəxs Şəxs tərəfindən inzibati cərimə növündə inzibati tənbehvermə haqqında qərarın icrası ilə əlaqədar DƏMX-nin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli , 3-17-5/2-23432/2025 saylı məktubunda nəzərdə tutulan tədbirlər görülməmişdir. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs barəsində 20 may 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə X3 Xidmətinin Bakı şəhəri İdarəsinə təkrarən rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin direktoru Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib vəzifəsində işləyərəkən gecə radələrində ofisə gəlib elektron imzanı ələ keçirərək xitmətin göstərdikləri şəxslərin kart hesablarından pul çəkərək cinayət əməli törətmiş və bundan sonra özünü öz ərizəsinə əsasən işdən azad etmiş və özünə son haqq-hesab təyin edərək ofisi tərk etmişdir. Bundan məlumat aldıqdan sonra o X1 Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq işdən azad etmiş və cinayət hadisəsi barədə prokurorluğa müraciət etmişdir. X2 törətdiyi cinayət əməlinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 1(011)-72/2025 nömrəli ittihamedici hökmü ilə məhkum edilmişdir. Lakin inzibati araşdırmanı aparan orqan bu halları nəzərə almadan və onu araşdırmaya dəvət etmədən barəsində 16 oktyabr 2024-cü il tarixdə İXM-nin 192.6-cı maddəsinə əsasən 1500 manat məbləğində cərimə tətbiq etmişdir. O həmin qərardan Qaradağ Rayon Məhkəməsinə şikayət vermiş və Qaradağ Rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş və inzibati tənbeh edilməsi barədə 16 oktyabr 2024-cü il tarixli qərar ləğv edilmişdir. Məhkəmə tərəfin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşdə olan Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 15 avqust 2025-ci il tarixli 3(002)-1520/2025 saylı qərarından aydın olur ki, Şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 16 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət qismən təmin edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı, ******* saylı, 16 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə geri göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs 20 may 2025-ci il tarixli MN ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar