Məhkəmə qərarları › İş №3(002)-19/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-19/2021

01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-19/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsindən daxil olmuş 17 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 17.11.2020-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Əli Məmmədov 1 ünvanında yerləşən K-TV Kabel televiziyasının ofisdə pandemiya dövründə qoyulmuş qaydalara əməl edilməməsi faktı aşkar edilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs vəkili və etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərmişdir ki, Cəmiyyət barəsində tərtib edilmiş inzibati xəta haqqında ptorokol tamamilə əsassızdır. Belə ki, işçilər lazımi şəkildə mövcud qaydalarla təlimatlandırılaraq fərdi qoruyucu vasitələrdən düzgün istifadə edirlər. Protokola əlavə edilmiş fotoşəkildəki qadın operator vəzifəsində işləyir. 17 noyabr 2020-ci il tarixdə saat 08:42 radələrində “Şəxs MMC-də yoxlama aparılan vaxt işçi telefon telefon zənginə cavab vermək məqsədilə bir neçə saniyəlik fərdi qoruyucu maskanı çənəsinin alt hissəsinə çəkmiş və danışığını bitirdikdən sonra fərdi qoruyucu maskanı üz nahiyyəsinə tərəf qaldırmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkildə həmin vaxt çəkilmişdir. Səlahiyyətli orqanın protokolunda törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin vaxtının 17 noyabr 2020-ci il tarixdə saat 13:30-da baş verməsi göstərilsə də, “Şəxs MMC-dən götürülmüş diskdə olan videogörüntüdə səlahiyyətli orqanın əməkdaşlarının yoxlamanı keçirdiyi vaxtın açıq-aşkar 17 noyabr 2020-ci il, saat 08:42 radələrində olduğu məlum olur. Hüquqi şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə videogörüntülərin əks etdirildiyi diski sübut kimi təqdim edib göstərilən halların nəzərə alınaraq məhkəmədən iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə işə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hüquqi şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsini dinləyib, iş materiallarını araşdırarıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən protokol və ona əlavə edilmiş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş 17 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə“Şəxs MMC tərəfindən ehtimal olunan inzibati xəta hadisəsinin 17.11.2020-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Əli Məmmədov 1 ünvanında yerləşən K- TV Kabel televiziyasının ofisdə baş verməsi göstərilsə də, hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili X4 tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan videogörüntülərə məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi baxış keçirilmiş və baxış zamanı hüquqi şəxs tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin 17.11.2020-ci il tarixdə, saat 08:42 radələrində baş verdiyi müəyyən olunur. Məhkəmə qeyd edir ki, təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, həmin hallar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş 17 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli nzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, protokol və ona əlavə olunmuş material onu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 Üzrə Baş İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 17 noyabr 2020-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 Üzrə Baş İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar