Məhkəmə qərarları › İş №3(002)-19/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-19/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-19/2024 24.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 07 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 07 dekabr 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinun Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən 07 dekabr 2023-cü il tarixli MN ******* saylı qərar qəbul edilərək mən İXM-nin 192.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməyim qeyd edilməklə 4000 manat məbləğində cərimə edilmişdir.Qəbul edilmiş qərarla razı deyildir.Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinun Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarda qeyd edilir ki. onun tərəfindən xx.xx.2023-cü il tarixdə X10 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işləri yerinə yetirilməsinə cəlb edilmişdir.Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsində göstərilir ki, . Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.Azərbaycan Respublikası Mülkİ Məcəilənin 43-cü maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçilirlər.O, hüquqi şəxs deyildir və mənim adına heç bir müəssisə və təşkilat qeydiyyatdan keçməmişdir. Eyni zamanda X6 və X3 mən işçi kimi işlətməmişəm və mənim işçi qəbul etməyə heç bir səlahiyyəti də olmamışdır. Onu hansı əsas görə hüquqi şəxs kimi cərimə edildiyi aydın deyildir və qanunsuzdur. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş edir. X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi işin baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, X4 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiala işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan vergi məlumatlarından görünür ki, X2 adına ********** saylı VÖEN mövcuddur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında X1 şikayət ərizəsində qeyd etdiyi halların işin faktiki hallarına uyğun gəlmədiyi müəyyən edilmişdir. X4 şikayət ərizəsində hüquqi şəxs olmadığını və işçi qəbul etmək səlahiyyətlərinin olmadığını qeyd etsə də o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 07 dekabr 2023cü il tarixli MN ******* saylı qərara əsasən hüquqi şəxs kimi deyil vəzifəli şəxs kimi cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-ni Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş 07 dekabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar