Məhkəmə qərarları › İş №3(002)-1900/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1900/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1900/2025 23.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Musayev Seymur Orxan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Poladlı Tünar Firdovsi oğlunun iştirakları ilə, 23.11.1996-cı ildə Cəlilabad rayonu, Əliqasımlı kəndində anadan olmuş, azərbaycanlı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küç., ev 26, mənzil 7 ünvanında yaşayan Poladlı Tünar Firdovsi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Poladlı Tünar Firdovsi oğlu 23.09.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Z.Bünyadzadə küçəsində xırda xuliqanlıq edərək polisin qanuni tələblərini pozmuşdur. 11.09.2025-ci il tarixdə isə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küç., ev 26 qarşısında narkotik vasitə istifadə etmişdir. Saxlanıldıqdan sonra Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə gətirilmiş, narkotik vasitələr qəbul edib-etməməsini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilmiş və Poladlı Tünar Firdovsi oğlunun narkotik vasitə olan AMP (+) və THC (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin sahə inspektoru Musayev Seymur Orxan oğlu tərəfindən Poladlı Tünar Firdovsi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı 1795755 nömrəli, 23.09.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Musayev Seymur Orxan oğlu bildirmişdir ki, 10-cu PŞ-nin əməkdaşları xidməti ərazidə xidmət apararkən 1 nəfər şəxsin özünü şüphəli apardığını görmüş və vətəndaşa yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt vətəndaş ictimai yerdə sidik ifraz etməklə məşğul olmuşdur. Vətəndaş tabesizlik göstərən zaman onu maşına dəvət edərək 10-cu PŞ-nə aparmışdır. Şəxsin narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilmiş və Poladlı Tünar Firdovsi oğlunun narkotik vasitə istifadə etməsi müəyyən olunmuşdur. Protokolu müdafiə edir və Poladlı Tünar Firdovsi oğlunun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Poladlı Tünar Firdovsi oğlu bildirmişdir ki, 23.09.2025-ci ildə tanışı ilə görüşməyə gəlmişdir. Qaradağ rayon məhkəməsinin yaxınlığındakı binanın qarşısında sidik ifraz edən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmışlar. Özlərini təqdim etmədən onu bölməyə aparmış, zorakılığa məruz qalmışdır. Polis şöbəsinin inzibati binasnda onun şəxsiyyəti müəyyən olunmuşdur. Sonra onun narkotik vasitə və ya psixotrop madə istifadə edib-etməməyi soruşulmuşdur. O isə cavabında narkotik vasitə istifadə etdiyini bildirmişdir. Narkotik vasitəni Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində istifadə etmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-də izahat verən zaman səhvən narkotik vasitəni Bakı şəhəri Yasamal rayonu ərazisində istifadə etdiyini bildirmişdir. Törətdiyi əməlindən peşmandır. Bir daha belə səhvə yol verməyəcəkdir. Həbs edilməməsini, yüngül cəza verilməsini istəyir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən verilmiş 23.09.2025-ci il tarixli, 5938 saylı rəydən görünür ki, Poladlı Tünar Firdovsi oğlunun sidiyində AMP(+), THC (+) aşkar edilmişdir. Poladlı Tünar Firdovsi oğlunda kannobinoidlərin qəbulu nərticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Poladlı Tünar Firdovsi oğlu inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Poladlı Tünar Firdovsi oğlu tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Poladlı Tünar Firdovsi oğlunun ictimai yerdə sidik ifraz etməsi onun xırda xuliqanlıq əməlini törətməsini sübut edir. T.F.Poladlı cəmiyətdə insanlar arasında formalaşmış davranış, əxlaq qaydalarına riayət etməmişdir. Hətta kənar şəxslərin olmadığı yerdə belə T.F.Poladlı bu cür əmələ yol verməsi Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibini yaradır. Həmçinin ekspert rəyi və tibbi müayinə aktı ilə T.F.Poladlının qanında narkotik vasitə aşkar edilməsi, onun narkotik vasitə qəbul etdiyini etiraf etməsi həmin şəxsin əməlində həm də Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməl Bakı şəhəri Qaradağ rayonu ərazisində törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Poladlı Tünar Firdovsi oğluna inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Törədilmiş inzibati xətaya görə Poladlı Tünar Firdovsi oğlunun barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Poladlı Tünar Firdovsi oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Poladlı Tünar Firdovsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23.09.2025-ci il tarixdən saat 01:55-dən hesablansın. Poladlı Tünar Firdovsi oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Poladlı Tünar Firdovsi oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar