Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1901/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin əmək müfəttişi X2, Qərardan şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, 29 dekabr 2022-ci il tarixli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, 29 dekabr 2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, 29 dekabr 2022-ci il tarixli qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “hüquqpozma aradan qaldırılması üçün, yəni X3 işə bərpa olunması üçün 20 gün müddət müəyyən edilmişdir. Bu müddətdə hüquqpozma aradan qaldırılarsa cərimə ödənilmir. Əks təqdirdə inzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir”. 20 gün müddət keçdikdən sonra isə qərar icra edilməsi üçün Sumqayıt İcra Şöbəsinə göndərilmişdir. Şikayətə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N saylı, 15 oktyabr 2020-ci il tarixli əmrindən də göründüyü kimi o, 15 oktyabr 2020-ci il tarixdən etibarən hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda N nömrəli hərbi hissə komandirinin N saylı, 27 iyul 2022-ci il tarixli əmrindən də göründüyü kimi hərbi hissənin şəxsi heyətinin sırasından çıxarılmışdır. Əmrlərdən də göründüyü kimi xx.xx.2020-xx.xx.2022-ci illərdə həbi hissənin komandiri vəzifəsinə xidmət etmişdir. 21 dekabr 2022-ci il tarixli DƏMX-nin Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş qərar çıxarılarkən hərbi hissənin komandiri olmamışdır. Buna görə də 20 gün müddətində onun hüquqpozmanı aradan qaldırmağı mümkün olmamışdır. Onda olan məlumata əsasən elektron sistemdə adı hərbi hissə komandiri kimi qaldığı üçün o hazırki inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin o, artıq 27 iyul 2022-ci il tarixdən etibarən hərbi hissənin heyyətindən azad edilmişdir. Yəni hazırda texniki səhv, elektron sistemdə yaranmş problem nəticəsində o 1500 manat məbləğində cərimə edilmişdir. Xüsusi mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmuşdur. Hüquqları kobud şəkildə pozularaq məhdudlaşdırılmışdır. Onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmasından xəbəri olmamışdır. Hətta ona məxsus əmlakların üzərinə həbs qoyulmuşdur. Tərəfindən müvafiq qərar xx.xx.2023-cü il tarixdə rəsmi olaraq əldə edilmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. X4 məhkəmə iclasında ərizə ilə müraciət edərək şikayət ərizəsinin və ona əlavə edilmiş materialların icraatdan çıxarılıb geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsinin əmək müfəttişi X6 şikayətin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriyi yanında X5 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı, 29 dekabr 2022-ci il tarixli qərarından şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1901/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1901/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver