Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1908/2025 08.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, xx.xx.1972-ci ildə İsmayıllı rayonunda doğulmuş, FİN (xxxxxxx) Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati materiala açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 iyun 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 27 fevral 2025-ci il tarixli EQ 26314375 saylı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra etməmiş və bununla da, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübustlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsin əsasən, İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi “Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar” adlı 36-cı fəsildə yerləşir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar İXM-nin 29-cu fəslində, 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələr isə İXM-nin “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar” adlı 30-cu fəslində yerləşir. Ona görə də, İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyət yaranmır. Bundan əlavə, Şəxs İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində tətbiq edilən cərimə qərarı barədə İXM-nin 125.2-ci maddəsinə əsasən məlumatlandırılması ilə bağlı heç bir sübut (poçt sənədi, elektron kabinet və SMS vasitəsilə çatdırılması barədə təsdiq) heç bir sənəd protokola əlavə edilməmişdir. Bundan başqa, Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilərkən onun İXM-nin 125.2-ci maddəsinə əsasən məlumatlandırılması ilə bağlı heç bir sübut (poçt sənədi, elektron kabinet və SMS vasitəsilə çatdırılması barədə təsdiq) müəyyən edilməmişdir. Yalnız 28 iyun 2025-ci il tarixli İXP ******* nömrəli protokolda formal olaraq Şəxs İXM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması barədə çap üsulu ilə qeyd aparılmışdır, lakin faktiki olaraq bunu təsdiq edən heç bir sübut protokola əlavə edilməmişdir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində 28 iyun 2025-ci il tarixli, İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə olan iş üzrə icraata İXM-nin 53.1.2-ci madəsinə əsasən xitam verilsin. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1908/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1908/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver