Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-191/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X6, tələbkar X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 fevral 2023-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 01 fevral 2023-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs 25 iyun 2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Əhmədova (Şükürallayeva) Gülnisə Vaqif qızına verilməlidir. Bundan başqa Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019 saylı qətnaməsinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2446/2014 saylı, 21 iyul 2014-cü il tarixli qətnaməsi ilə 30 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə müəyyən edilmiş 103 manat alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 160 manat müəyyən edilmiş və qeyd olunan alimentin cavabdeh Şəxs tutularaq, X2 ödənilməsi qərara alınmışdır. Hazırda Şəxs 13345 (on üç min üç yüz qırx beş) manat yığılmış borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Ş.Əhmədli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 25 iyun 2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Əhmədova (Şükürullayeva) Gülnisə Vaqif qızına verilməsi qət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019 saylı qətnaməsinə əsasən isə 30 dekabr 2011-ci il təvəllüdlü X1 üçün Əhmədova (Şükürullayeva) Gülnisə Vaqif qızına ödənilməli olan 103 manat alimentin miqdarı artırılaraq 160 manat müəyyən edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı və Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019 saylı icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 21775/20 nömrə ilə ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı icra sənədi üzrə icraata 26 avqust 2014-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtı-vaxtında gəlməkdən də yayınmış, aliment ödənişi ilə bağlı dəfələrlə telefon danışıqları olmuşdur. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında S.Ş.Əhmədli bildirmişdir ki, Şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı qətnaməsini 9 dekabr 2019-cu il tarixdən bu günə kimi icra etmir. Şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən axtarış vasitəsi ilə bu gün gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra məmurunun həm inzibati xəta haqqında protokolda, həm də izhatında göstərdikləri ilə razılaşır, aliment borcunu etiraf edir. 4 övladı vardır. Digər 3 övladı birinci nikahdan, Sona Şükürullayeva isə X8 ilə birgə nikahdan anadan olmuşdur. Bakı şəhəri, Nəsimi rayonu ərazisində maşınlara nəzarət etməklə gündəlik 15-20 manat pul qazandığını qeyd etmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi yoxdur. Vəkilin köməyindən istifadə etməsindən imtinanın səbəbi maddi vəziyyəti ilə bağlı deyil. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 öz izahatında bildirmişdir ki, alimenti borcunu tam şəkildə tələb edir, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Əvvəllər özü işləsə də hazırda işdən azad olunduğu üçün övladının saxlanılmasında çətinliklərlə üzləşmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ciddi inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 25 iyun 2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X5 verilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 26 avqust 2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 26 avqust 2014-cü il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019 saylı qətnamələrinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2446/2014 saylı, 21 iyul 2014-cü il tarixli qətnaməsi ilə 30 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə müəyyən edilmiş 103 manat alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, X2 ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 10 fevral 2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019cu il tarixli, 2(002)-2004/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 10 fevral 2020-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı və Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019-cu il tarixli icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 21775/20 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında 17 iyun 2018-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 123-25655-1219 nömrəli məktubundan görünür ki, Şəxs barəsində xx.xx.2013-cü il tarixdə 30236 saylı axtarış işi açılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 25 iyun 2014-cü il tarixdən başlayaraq hər ay 103 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Əhmədova (Şükürullayeva) Gülnisə Vaqif qızına verilməli, Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019 saylı qətnaməsinə əsasən 30 dekabr 2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə müəyyən edilmiş 103 manat alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, Əhmədova (Şükürullayeva) Gülnisə Vaqif qızına ödənilməlidir. Belə ki, 30 dekabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə müəyyən edilmiş 103 manat alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 160 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, Əhmədova (Şükürullayeva) Gülnisə Vaqif qızına ödənilməlidir. İcra sənədi üzrə icraata 26 avqust 2014-cü il və 10 fevral 2020-ci il tarixli qərarlarla başlanılmışdır. xx.xx.2023-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(002)-2446/2014 saylı və Qaradağ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(002)-2004/2019 saylı icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri 21775/20 nömrə ilə ümumi icraatda birləşdirilmişdir. Borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtı-vaxtında gəlməkdən yayınmış, telefon zənglərinə cavab verməmiş, olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı icra məmurunun dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs tərəfindən ümumiyyətlə aliment borcu üzrə ödənişlər həyata keçirilməmiş və bu səbəbdən hazırda 13345 (on üç min üç yüz qırx beş) manat aliment borcu yığılmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 01 fevral 2023-cü il saat 11:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-191/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-191/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver