Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1910/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1955-ci ildə Gədəbəy rayonu, Köhnəkənd kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Gədəbəy rayonu, Köhnəkənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Səfəvilər küçəsi, dalan 2, ev 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ rayon Polis İdarəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, İXP ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 noyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan- Xocəsən yolu X1rşısında idarə etdiyi “Kamaz 5320” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı yük avtomobillə hərəkətdə olarkən “Mercedes Benz” markalı, ** TZ *** nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobildə olan sərnişin X5 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla əlaqədar Qaradağ rayon Polis İdarəsinin Dövlət X10 YNH baş inspektoru polis baş leytenantı X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsi xahiş etmişdir. İnzibati protokolu tərtib edən şəxsə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 823 №li ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət –burun və üst dodaq nahiyələrinin kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin, ola bilsən şüşə qırıntıları) təsirindən, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, hər iki gözaltı nahiyələrinin, sağ bazunun və hər iki baldırın qançırları isə bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişlər və həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokol baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə daxil olmuş, lakin tərtib olunmuş protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın izahatını, inzibati xəta haqqında protokolu və iş üzrə toplanmış digər sübutları Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsində nəzərdə tutulan qaydada qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxsnın törətdiyi inzibati xəta İXM-nin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, ona görədə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır və onun məsuliyyətini ağırlaşdıran halların olmaması müəyyən edilir. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq, ona inzibati cərimə tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edilir. Həmçinin qeyd olunmalıdır ki, İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа 23 iyun 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən 327.8ci mаddənin sаnksiyаsında “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir və həmin maddənin sanksiyasına “idarə etmək hüququ” sözlərindən sonra “аltı аydаn” sözləri əlavə edilmişdir. Bu baxımdan məhkəmə Şəxs tərəfindən inzibati xəta hadisəsinin 02 noyabr 2022-ci il tarixdə törədilməsini nəzərə alaraq hesab edir ki, sonuncu İXM-nin 327.8-ci maddəsinin həmin tarixdə qüvvədə olan sanksiyası çərçivəsində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1910/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1910/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver