Məhkəmə qərarları › İş №3(002)-1911/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1911/2023

12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1911/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 24 avqust 2023-cü il tarixdə, saat 10:13 radələrində ünvan 1 ünvanında “Mercedes Benz C200” minik markalı, ** MF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edərək idarə etmişdir. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağımının yol patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 24 avqust 2023-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilsədə tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəxs 24 avqust 2023-cü il tarixdə BDYPİ-nin YPXAnın Vİ tağımının inspektoruna veridiyi izahatında idarə etdyi avtmaşında icbari sığorta müddətinin bitdiyi üçün qabaq dövlət qeydiyyat nişanı görünməsin deyə örtüklə bağladığını etiraf etmişdir. Məhkəmə, Şəxs barəsində tərtib edilmiş 24 avqust 2023-cü il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 342.9cu maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi ilə bağlı onu qeyd etmək istəyir ki, bununla bağlı məhkəməyə hər hansı bir maddi sübut hesab edilən alət və ya predmet təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar