Məhkəmə qərarları › İş №3(002)-192/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-192/2023

16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-192/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 24 yanvar 2023-cü il tarixli, 00100-00230/23 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/000610 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) ünvanına Hollandiyanın “X2 Energy Co LTD” şirkətindən 52ACC270/52ADE379 nömrə nişanlı yük avtomaşınında daxil olmuş ümumi çəkisi 4830 kq olan “Panellerə quraşdırılmış fotoqalvanik elementlər” adlı yükü **********2343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edilmişdir. Malların rəsmiləşdirilməsi həyata keçirilərkən **********2343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair təqdim edilmiş mal-müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı sözügedən mallara dair təqdim edilmiş RS-20221031 saylı xx.xx.2022-ci il tarixli invoys sənədində göndərən şirkətin adı “Resun İnternational Limited” olaraq göstərilmiş və həmin şirkətin möhürü ilə invoys sənədi təsdiq edilmişdir. Eyni zamanda sözügedən mallara dair əvvəlcədən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********9812 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafasında göndərən şirkət qismində “Resun İnternational Limited” şirkətinin adı qeyd edilmişdir. Beləliklə, eyni mala dair təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********9812 saylı qısa idxal bəyannaməsində və **********2343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsində gömrük orqanına təqdim edilmiş göndərən barəsində qeyd olunan məlumatlarda gömrük ödənişinə təsir etməyən təhrif olunmuş məlumat təqdim edilmişdir. Sözügedən raportun icrası ilə əlaqədar Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixində araşdırma başlanılmışdır. İş materiallarından ayın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi Bakı Baş Gömrük İdarəsində verdiyi izahatında göndərən şirkətin səhvi nəticəsində təqdim edilən invoys sənədlərində və CMR sənədlərində göndərən şirkətin adının səhv yazıldığını və gömrük ödənişinə təsir etməyən təhrif olunmuş məlumatı gömrük orqanına verdiklərinə görə qanunla nəzərdə tutulan cəriməni ödəməyə şirkət olaraq hazır olduqlarını bildirmişdir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/000610 nömrəli xx.xx.2023-cü il tarixli raport, **********2343 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi, RS-20221031 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi, CMR sənədləri, “VAİS” informasiya resursundan çıxarış, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. İnzibati xəta törətməkdə təqsirləndirilən hüquqi şəxs Şəxs MMC və Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, həmin təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə hüquqi şəxs Şəxs MMC və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar