Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1930/2023 30.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X3, DİN-in BDYPİ-nin YPXA-nın Vİ tağımın baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1989-cu ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 30 avqust 2023-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan darəsi, 14cü kilometrlikdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 avqust 2023-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 30 avqust 2023-cü il tarixdə, saat təxminən 11:00 radələrində idarə etdiyi ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edərkən arxa nömrə nişanı olmadığı üçün saxlanılarkən polisin qanuni tələbinə tabe olmamış, buna görə də ƏÇPA-nın 10-cu PB-nin polis nəfərləri tərəfindən 10cu PŞ-ya təqdim edilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 30 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən sürücü Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən DİN-in BDYPİ-nin YPXA-nın Vİ tağımın baş inspektoru, polis leytenantı X2 öz izahatında bildirmişdir ki, 30 avqust 2023-cü il tarixdə xidmətdə olduğu zaman Lökbatan dairəsində ** BH *** dövlət nömrə nişanlı yük avtomobilini arxa nömrə nişanı olmadığı üçün saxlamış, sürücüyə özünü təqdim etdikdən sonra avtomobilin arxa nömrəsinin olmadığını bildirmişdir. Lakin sürücü israr edərək avtomobili duracağa aparmayacağını bildirmiş və açarları ona təqdim etməkdən imtina etmişdir. O, həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də sürücü öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də ƏÇPA-nın əməkdaşlarını köməyə çağırmışdır. Hal-hazırda da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, Gədəbəy rayonu, Yenikənd kəndində ailəsi ilə birlikdə yaşayır, subaydır. ** BH *** dövlət qeydiyyat nişanlı yük avtomobilini özü idarə edir. İki gündür ki, Belarusiya Republikasından yük götürüb gəlmişdir. 30 avqust 2023-cü il tarixdə, saat 11:00 radələrində YPX əməkdaşı avtomobili saxlamış, yəni həmin vaxt avtomobil yüklü olmuşdur. Təxminən iki ay olar ki, avtomobilin dövlət nömrə nişanı itmiş, o bununla bağlı müvafiq orqanlara müraciət etsə də nömrənin ona verilməsi hələ təmin edilməmişdir. Yol polisi əməkdaşı da bununla bağlı onu saxlamış avtomobilinin arxa qeydiyyat nömrəsinin olmadığını və avtomobilin duracağa yerləşdiriləcəyini bildirmişdir. O polis əməkdaşına nömrənin itdiyini və bununla bağlı yaşadığı yerin polis bölməsinə məlumat verdiyini bildirmişdir. Polis ona avtomobili duracağa yerləşdirəcəyini dedikdə o evakuator çağırılmasını xahiş etmiş, lakin polis əməkdaşı avtomobili özünün sürəcəyini demişdir. Buna görə aralarında mübahisə yaranmış və yol polisi ƏÇPA-nın əməkdaşlarını hadisə yerinə dəvət edərək onu 10-cu Polis Şöbəsinə aparmışlar. O öz səhvini başa düşdüyünü, əməlindən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1930/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1930/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver