Məhkəmə qərarları › İş №3(002)-194/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-194/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-194/2025 27.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X4 iştirakı ilə, X1, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 08 yanvar 2025ci il tarixli, EQ 25440927 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X3 şikayətlə Astara rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib edilmiş EQ 25440927 saylı qərarın əsassız olması və ona qarşı tətbiq edilən 80.0 manat və 2 bal cərimənin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Astara rayon Məhkəməsinin 3(018)-60/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qərardadına əsasən X3 tərəfindən Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 01.2024-cü il tarixli, EQ 25440927 saylı inzibati tenbeh vermə haqqında qərarın ləğvi barədə vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, istifadəsində olan "Mersedes-Benz" markalı, dövlət qeydiyyat nişanı ** UY *** olan avtomobil barəsində tərtib edilən EQ 25440927 saylı qərarda göstərilən ünvanda, xx.xx.2025-ci il tarixdə, saat 19:31-də olmadığı halda, barəsində sözü gedən elektron qərar tǝritb edilərək 80.0 manat və 2 bal cərimə edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, sözü gedən ərazidən və Binə Ticarət Mərkəzinin qarşısından xx.xx.2025-ci il tarixdə saat 10:45 radələrində keçmişdir ki, bunu da müvafiq video görüntülərdən götürülmüş və elektron qərara əlavə ediolmiş foto şəkil də sübut edir. Məhz bu səbəblərdən barəsində tərtib edilmiş EQ 25440927 saylı qərarın əsassız olması və ona qarşı tətbiq edilən 80.0 manat və 2 bal cərimənin ləğvi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis kapitanı X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X3 08 yanvar 2025-cü il tarixdə, Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi "Mercedes Benz E 220 minik" markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma və durma qadağan olunan işarənin təsiri altında olan ərazidə yolun hərəkət hissəsində avtomaşını saxlamış və sərnişin daşıma fəaliyyəti ilə məəşğul olmuşdur. Bununla da sürücü İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntu ilə əlaqədar videogörüntü də mövcuddur. Hadisə 10:45də baş versə də elektron protokol 24 saat ərzində tərtib olunduğundan protokolda hadisənin baş vermə saatı 19:31 kimi qeyd olunmuşdur. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət verən şəxs X2 təkrarən rəsmi məlumat verilsə də şikayətçi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 08 yanvar 2025-cü il tarixli, EQ 25440927 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 08 yanvar 2025-cü il tarixdə Lökbatan qəsəbəsi “Binə” TM-nın qarşısında idarə etdiyi "Mercedes Benz E220 CDİ minik" markalı, ** UY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nın 346.4-cü maddəsinin tələblərini pozmuş və 80 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında mübahisələndirməyən fotoşəkillərdən və videogörünütüdən də aydın olur ki, qeyd olunan avtomobil dayanma-durma qadağan olunan sahədə, yolun hərəkət hissəsində dayanmışdır. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələbinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X3 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 08 yanvar 2025-cü il tarixli, EQ 25440927 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar