Məhkəmə qərarları › İş №3(002)-1943/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1943/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1943/2022 09.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1956-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2205/2017 saylı, 22 may 2017ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2205/2017 saylı, 22 may 2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs borc aldığı 13100 manat və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 13130 manat məbləğində pulun alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra vərəqi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu 2018-ci ilə qədər borcundan 03 (üç) min manat ödəniş etmiş, qalan borcundan heç bir ödəniş etməmiş bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 09 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tələbkar X2 bugünkü inzibati materialla əlaqədar prosesdə iştirak etməsi barədə məlumat verilsə də tələbkar maddi imkanı olmadığından və yol uzaq olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini, lakin şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra vərəqindən xəbəri vardır. Belə ki 2017-ci ildə X1 yeddi min manat borc pul almış, lakin borc məbləğinin rəsmiləşdirilməsi zamanı tələbkar ona on üç min manat borcu olmasına dair sənədə qol çəkdirmişdir. 2018-ci il tarixədək imkanı olduğundan üç min manat ödəniş etmiş, sonradan imkanı olmadığı üçün borc məbləğinin qalan hissəsini ödəyə bilməmişdir. Hal-hazırda 320 manat pensiya aldığını, onun 164 manatının kedit borcunun ödənilməsinə sərf olunduğunu, yerdə qalan məbləğdən isə hər ay borcundan çıxılmasına etiraz etmədiyini bildirmişdir. Bundan əlavə ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini və başqa hər ahnsı bir gəlirinin olmadığını bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbindən aydın olur ki, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini yaşını və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar