Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1947/2025 25.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 388-1.2-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vətəndaş Şəxs 25 sentyabr 2025-ci il tarixdə sosial şəbəkədə yayılması qadağan edilən informasiyaları yaymış və ünvanlı nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 388-1.2-ci maddələri ilə 25 sentyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 25 sentyabr 2025-ci il tarixdə “instagram” sosial şəbəkəsində" ELİŞATAŞ 2013" ləqəbi ilə Ələt qəsəbəsi Ə.Məmmədov küçəsi qeydiyyatda olan və yaşayan xx xxx 1985 təvəllüdlü Şəxs yayımlanması qadağan olan məlumatları paylaşmış və həmçinin müxtəlif səhfələrin şərh bölməsində polisin ünvanlarına nalayiq ifadələr işlətdiyini aşkar etmişdir. Odur ki, Şəxs barəsində müvafiq tədbirlər görülməsinə göstəriş verməyinizi sizdən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək bildirmişdir ki, təxminən üç gün əvvəl instagram sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. O həmin vaxtı spirtli içki qəbul etdiyi üçün özündə olmadığını, törətdiyi əməldən səmimi peşiman olduğunu, polis əməkdaşlarından üzr istədiyini və himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək övladına görə bağışlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi olsa da, onun əməlində İXM-nin 388-1.2-ci maddəsinin tərkibi yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş sosial şəbəkədən götürülmüş çıxarışlardan görünür ki, Şəxs həqiqətən də instagram sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq şərhlər yazmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı Şəxs əməlində İXM-nin 388-1.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmişdir. Belə ki, Həmin Məcəllənin 388-1.2-ci maddəsində göstərilir ki, İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 388-1.2-ci maddəsinin subyekti vəzifəli şəxslərdir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs əməlində İXM-nin 388-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin.
2. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 3.Həbs müddətinin əvvəli 25 sentyabr 2025-ci il tarixdən saat 17:20-dən hesablansın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov