Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1952/2023 31.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X10, X1 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 31 avqust 2023-cü il tarixdə, səhər təxminən 09:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” TM-də ictimai qaydanı pozmaqla X3 və X5 nalayiq söyüşlər söyərək təhqir etmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X13 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, X6 və X4 31 avqust 2023-cü il tarixdə DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək “Sədərək” ticarət mərkəzində satıcı işləyən Aslan adlı şəxsin onları təhqir etməsi barədə məlumat vermişlər. Buna görə də Şəxs barəsində 31 avqust 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Halhazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 öz izahatında bildirmişdir ki, “Sədərək” Ticarət Mərkəzində sıra 1A, korpus 8, mağaza 186-da satıcı işləyir. Onunla qonşuluqda olan mağazanı işlədən Şəxs ilə 31 avqust 2023-cü il tarixdə aralarında mübahisə yaranmış, Aslan onu bazarda olan vətəndaşların yanında nalayiq ifadələrlə təqhir etmişdir. Qeyd etmişdir ki, belə hallar mütəmadi olaraq baş verir və Şəxs qanunsuz həərkətlərindən əl çəkmir, onun ticarət mərkəzində işləməsinə maneə törədir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X8 öz izahatında bildirmişdir ki, “Sədərək” Ticarət Mərkəzində sıra 1A, korpus 8, mağaza 182-də satıcı işləyir. Onunla qonşuluqda olan mağazanı işlədən Şəxs ilə 31 avqust 2023-cü il tarixdə aralarında mübahisə yaranmış, Aslan onu bazarda olan vətəndaşların yanında nalayiq ifadələrlə təqhir etmiş, hətta onun bu yaxınlarda vəfat etmiş anasının ünvanına da nalayiq ifadələr işlətmişdir. Qeyd etmişdir ki, belə hallar mütəmadi olaraq baş verir və Şəxs qanunsuz hərəkətlərindən əl çəkmir, onun ticarət mərkəzində işləməsinə maneə törədir. Bütün bunların nəzərə alınaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, rəsmi olaraq subay olsa da qeyri-rəsmi ailəsi ilə birlikdə yaşayır. 10 aprel 2020-ci il təvəllüdlü X9 onun himayəsindədir. Birinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müharibə veteranıdır. “Sədərək” Ticarət Mərkəzində sıra 1A, korpus 8-də satıcı işləyir. 31 avqust 2023-cü il tarixdə onunla yanaşı mağazada işləyən X6 ona “nə üçün mənim mağazama baxırsan?” deyə onu söyüb təhqir etməyə başlamış, qıfılla onu vurmuşdur. Daha sonra Yeganə də Ülviyyəyə qoşularaq onu təhqir etməyə başlamışdır. O öz izahatında daha sonra qeyd etmişdir ki, Ülviyyə və Yeganənin məqsədi onu ticarət mərkəzindən uzaqlaşdırmaqdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1952/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1952/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver