Məhkəmə qərarları › İş №3(002)-1954/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1954/2023

01.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1954/2023 01.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 11-ci PB-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci və 510-cu maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs 31 avqust 2023-cü il tarixdə, Bakı şəhəri, Qaradağ rayonu, Umbakı qəsəbəsi ərazisində sərxoş vəziyyətdə müxtəlif dövlət orqanları işçilərinin ünvanına nalayiq ifadələr işlədərək polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozmaqla xırda xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X2 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nın cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Ruhin Qurbanov 31 avqust 2023-cü il tarixdə inzibati ərazidə xidmətdə olan zaman Umbakı qəsəbəsində bir nəfər şəxsin yüksək səslə nalayiq küçə söyüşləri söydüyünü eşitdikdən sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini göstərib həmin şəxsin etdiyin əməlin qanunsuz olduğunu bildirmişdir. Lakin həmin şəxs öz qanunsuz əməllərini davam etdirərək yüksək səslə küçədə mobil telefonla hansısa dövlət qurumunun əməkdaşı ilə danışaraq onların ünvanına ağır formada nalayiq və təhqiramiz ifadələr işlətməklə fasiləsiz olaraq bu söyüşlərini davam etdirmiş, bu zaman ona yaxınlaşan polis əməkdaşlarının haqlı iradına baxmayaraq öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşları onu sakitləşdirməyə çalışaraq 11-ci PB-ya dəvət etsələr də vətəndaş bölməyə gəlməkdən imtina etdiyi üçün əməliyyat qrupunun üzvlərini hadisə yerinə çağırılmışdır. Əməliyyat qrupunun üzvü, polis mayoru Anar Xalıqverdiyev ilə birlikdə vətəndaşı polis bölməsinə gətirən zaman vətəndaş yenə də öz qanunsuz hərəkətlərini davam etdirərək nalayiq küçə söyüşləri söyməkdə davam etmişdir. Bölmədə məlum olmuşdur ki, həmin şəxs xx xxxx 1986-cı il təvəllüdlü Şəxsdur. Buna görə də onun barəsində 31 avqust 2023-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, alilə olmaqla ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Himayəsində iki azyaşlı övladı var. 31 avqust 2023-cü il tarixdə, saat təxminən 20:30 radələrində evdə spirtli içki qəbul etdikdən sonra Umbakı qəsəbəsi ərazisinə çıxmış, qəsəbədə nalayiq, ünvansız söyüşlər işlətmişdir. Bu zaman polis əməkdaşı ona yaxınalaşaraq onu sakit olmağa dəvət etsə də o nalayiq söyüşlər işlətməkdə davam etmişdir. Bu hərəkətini spirtli içkinin təsiri altında olması ilə əlaqələndirərək həmin gün baş verənlərin bir çoxunu xatırlamadığını, lakin törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqni tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 31 avqust 2023-cü il tarixli, 2/30871 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün saat 22:05-də müayinədən keçirilərkən onda “orta dərəcə” alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş 31 avqust 2023-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 31 avqust 2023-cü il tarixdə saat 21:45-də tutulmuşdur. Odur ki, bu hal İXM-nin 30.3-cü maddəsinə tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən saat 21:45-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-cu PB-na həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar