Məhkəmə qərarları › İş №3(002)-1955/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1955/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1955/2025 30.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi ilə, X2 barəsində tərtib olunmuş Qaradağ rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək barəsində tərtib olunmuş Qaradağ rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-7581/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, iş materialları öyrənilərkən müəyyən edildi ki, X2 tərəfindən Qaradağ rayon DYPŞnin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından ayrıayrılıqda həm Xətai rayon Məhkəməsinə, həm də Qaradağ rayon Məhkəməsinə şikayət verilmişdir. X2 tərəfindən sözügedən qərardan Qaradağ rayon Məhkəməsinə verdiyi şikayət xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 3(002)-1842/2025 sıra sayı ilə qeydiyyata alınmış və işə mahiyyəti üzrə baxılaraq xx.xx.2025-ci il tarixdə həmin iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Beləliklə məhkəmə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilməsini, bu səbəbdən şikayətçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsindən daxil olmuş eyniməzmunlu şikayətinə təkrarən baxılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş Qaradağ rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 barəsində tərtib olunmuş Qaradağ rayon DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar