Məhkəmə qərarları › İş №3(002)-1956/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1956/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1956/2025 29.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, X1 nümayəndəsi (anası) X2, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1990-cı ildə Gürcüstan Respublikası, Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-376/18 nömrəli, 30 yanvar 2018-ci il tarixli və 2(010)-1175/2020 nömrəli 18 mart 2020-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Suraxanı Rayon məhkəməsinin 30 yanvar 2018-ci il tarixli icra sənədinə əsasən Şəxs övladı 17 iyul 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün 29 sentyabr 2017-ci il tarixdən başlayaraq hər ay 137 manat, övladı üç yaşına çatana qədər saxlanması üçün əlavə olaraq otuz manat aliment ödəməsi qərara alınmışdır. Suraxanı Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli icra sənədinə əsasən aliment miqdarı artırılmış, 24 aprel 2020-ci il tarixdən hər 170 manat aliment ödəməsi qərara alınmışdır. Qaradağ rayon icra şöbəsinə təqdim edilmiş qəbzlərə əsasən hər iki icra sənədi üzrə bugünədək 9237 manat aliment borcu ödənmiş, bu günə 6981 manat ödənilməmiş aliment borcu qalmışdır. Sonuncu ödəniş hesabdan çıxarışa görə 21 fevral 2025-ci il tarixində ödənilmişdir. Bundan başqa borclu icra məmurunun çağırışlarına da məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən imtina etmiş, buna görə də barəsində axtarış elan edildiyini və bu gün yəni 29 sentyabr 2025-ci il tarixdə Qaradağ rayon Polis idarəsinin əməkdaşları tərəfindən icra şöbəsinə gətirildiyini bildirmişdir. İcra şöbəsində borclu heç bir səbəb göstərmədən izahat yazmaqdan və yaranmış aliment borcunu tam şəkildə ödəməkdən imtina etmişdir. Odur ki, borclu barəsində tərtib etdiyi protokolu müdafiə edərək barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi (anası) X4 öz izahatında yaranmış aliment borcunun tam şəkildə ödənilməsini, əgər tam ödənilməsi mümkün deyilsə 5000 manat ödənilməsini bu baş vermədikdə isə borclu barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında anası vəfat edəndən sonra ödəniş edə bilmədiyi bu barədə qarşı tərəfə məlumat verdiyini qeyd etmişdir. Hal hazırda aliment borcundan 200 manat ödəniş edə biləcəyini bildirmişdir. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 29 sentyabr 2025-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymamış və yayınmışdır. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən qismən ödənişlərin edilməsini, ödənilməmiş aliment borcunun 6981 manat təşkil etməsini və qeyd olunan icra işi ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 29 sentyabr 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar