Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1958/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin İD **********, İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarına qida təhlükəsizlik sertifikatı alınmamış, həmçinin, AQTA-nın Bakı regional bölməsi tərəfindən çıxarılmış 24 iyul 2023-cü il tarixli, 312/FN nömrəli “qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə” qərarı icra etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunan ərzaqlıq kartof məhsulunda zərərli orqanizm aşkar olunmuşdur. Bununla da bölmə tərəfindən məhsulların ölkə hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul olunmuşdur. Qəbul edilmiş qərar icra olunması üçün Şəxs MMC-yə göndərilmiş, lakin həmin qərarın icrası ilə bağlı bölməyə hər hansı məlumat verilməmişdir. Qeyd olunan halı nəzərə alaraq, inzibati icraata başlanılması barədə Şəxs MMC-yə 25 avqust 2023-cü il tarixli bildiriş göndərilmiş, həmin bildirişin şirkət tərəfindən qəbul edilməsinə dair qəbzi isə məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 1adağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (07 sentyabr 2023-cü il tarixli reyestrin 10-cu sıra nömrəsi ilə). İş materiallarında olan zərfdən görünür ki, Şəxs MMC-nin ünvanına göndərilmiş sifarişli poçt göndərişi tələb edilmədiyi üçün geri qaytarılmışdır. İş materiallarında 19 sentyabr 2023-cü il tarixli, 3(002)-1958/2023 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanına Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (19 sentyabr 2023-cü il tarixli reyestr nömrəsi 16). İş materiallarına əlavə edilmiş zərfdən görünür ki, Şəxs MMC-nin ünvanına göndərilmiş sifarişli poçt göndərişi tələb edilmədiyi üçün geri qaytarılmışdır. Bununla da, məhkəmə hesab edir ki, Şəxs MMC-nin nümayəndəsinin iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, vergi ödəyicilərinin məlumatlarında Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanına bildirişlər göndərilmiş, həmçinin səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə 18 sentyabr 2023-cü il tarixli məhkəmə iclası 25 sentyabr 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan elektron ərizədən görünür ki, İD ********** və İD********** nömrəli müraciətlər üzrə Şəxs MMC-nin ünvanına göndərilən ümumi çəkisi 21000 kq bibər məhsulu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında boşaldılmışdır. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli məktubdan görünür ki, İD ********** və İD ********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarında “karantin tətbiq olunan zərərli orqanizm aşkar olunduğundan məhsul normativ sənədlərin tələblərinə cavab vermir. xx.xx.2023-cü il tarixli, İD ********** və xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlərlə Belarus Respublikasından idxalı həyata keçirilmiş 42000 kq ərzaqlıq kartof məhsulu partiyası barədə qəbul edilmiş “qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə” Agentliyin Bakı regional bölməsinin 312/FN nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra olunması şirkətin diqqətinə çatdırılmışdır. İş materiallarında olan 24 iyul 2023-cü il tarixli, 312/FN nömrəli “qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İD ********** və xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətləri əsasında idxal olunmuş 42000 kq ərzaqlıq kartof məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmiş, həmin məhsul partiyası qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, bu qərarın 2-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində ekoloji təhlükəsizlik qaydalarına əməl edilməklə məhv edilməsi və ya sirayətlənmiş məhsul fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə regional bölmənin müfəttişlərinin nəzarəti altında emala göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Milli Referans Laboratoriyasının sınaq protokolundan görünür ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “Clavibacter michiganensis subsp. sepedonicus” – kartof yumrularında halqavari bakterial çürümə zərərli orqanizm aşkar edildiyinə görə məhsul normativ sənədlərin tələblərinə cavab verməmişdir. Beləliklə, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli, İD ********** və xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında boşaldılmışdır. Həmçinin AQTA-nın Bakı regional bölməsi tərəfindən çıxarılmış 24 iyul 2023-cü il tarixli, 312/FN nömrəli “qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə” qərarı icra etməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə - dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2ci maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4 və 544.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 4.500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1958/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1958/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver