Məhkəmə qərarları › İş №3(002)-196/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-196/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-196/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyinin Bakı X7 sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi X4 iştirakı ilə, X1 Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 24 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 24 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən 24 yanvar 2023-cü il tarixli protokol tərtib olunmuş və inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 24 yanvar 2023-cü il tarixli MN ******* saylı qərarı ilə o, İXM-nin 447.0.3-cü maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, həmin qərarda qeyd edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən ət və heyvan kəsilmə yoxlama zamanı standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsi halları aşkar edilmişdir. O, iri və xırda buynuzlu malları rayondan alaraq mağazanın qarşısında bütün qaydalara riayət etməklə kəsir. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kəsim məntəqəsi və baytar həkimi olmadığına görə həmin malları baytarlıqdan keçirə bilmir. Lakin heyvanları alarkən baytar həkimi tərəfindən baxış keçirilir və sağlam heyvanlar alınır. Qaradağ rayonu, Lökbatan qəsəbəsində kəsim məntəqəsi və baytar həkimi olmaması barədə dəfələrlə X3 rəsmi olaraq müraciət etmişdir. Lakin heç bir nəticə əldə edə bilməmişdir. Agentlik gəlib əsassız olaraq onu cərimə etmişdir. Əslində onların özlərinin baytar həkimi olmalı və kəsilmiş heyvanları müayinədən keçirə bilərdilər. Satışda olan ət məhsulları satışında heç bir qanunsuzluğa yol verilməmişdir. Baytarlıq haqqında qanun pozuntusuna yol verilməmişdir. Ət dükanında normativ qaydalara əməl edilmişdir. Bu halda da o inzibati məsuliyyətə cəlb edilə bilməz. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmadan inzibati xəta törətməkdə təqsiri sübuta yetirilməmişdir. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. X2 işin baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materialla işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyinin Bakı X7 sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi X6 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi şikayətçi X1 izahatı, iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikasının Qida Təhükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş 24 yanvar 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar