Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1960/2023 20.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair DİNin Baş X2 İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx xxxx 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx xxxx 2023cü il tarixdə, saat 15:08-də Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 719 saylı postda saxlanılarkən idarə etdiyi «Kamaz 65115 017 yük» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı yük avtomobilini iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrarən idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə xx xxxx 2023cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək barəsində tərtib olunmuş xx xxxx 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in Baş X2 İdarəsinə rəsmi qaydada məlumat verilsə də qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəmə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin işitakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Yol Patrul Xidməti Alayının **********001 nömrəli, xx xxxx 2023-cü il tarixli qəbzindən aydın olur ki, «Kamaz 65115 017 yük» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2023-cü il tarixdə, saat 14:58 radələrində Bakı-Qazax yolunun 719 saylı postunda tərəzi yoxlanışı zamanı oxlarının sayı üç ədəd olmaqla ümumi çəkisinin 29210 kiloqram olması müəyyən edilmişdir. Həmin qəbzə əsasən yük avtomobilləri üçün buraxılan çəki miqdarı üç oxlu avtomobillər üçün 25000 kiloqram müəyyən edilmişdir. Belə olan halda sözügedən «Kamaz 65115 017 yük» markalı avtomobilin çəkisi 04 tondan artıq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidməti Azərbaycan Metrologiya İnstitutu X1 “Ölçmə vasitələrinin yoxlanılması haqqında” ÖVY 097336 nömrəli şəhadətnamənin surətindən aydın olur ki, “Yaohua” adlanan, zavod nömrəsi 10496 olan elektron avtomobil tərəzisinin son yoxlama tarixi 05 may 2023-cü il olmaqla, 05 may 2024cü il tarixədək istifadə oluna bilər. İş materiallarına əlavə edilmiş 25 fevral 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 15 mart 2023-cü il tarixli, TP ******* saylı inzinbati tənbehvermə haqqında qərardan aydın olur ki, Şəxs, bundan əvvəl yəni, 25 fevral 2023-cü il tarixdə, saat 19:17-də ünvan 1 ünvanında iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və iş materialları ilə tam sübuta yetirilir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmaqla cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmaqla 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1960/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1960/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver