Məhkəmə qərarları › İş №3(002)-1960/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1960/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1960/2024 14.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********6174 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara baxış keçirilən zaman 67 ədəd (8.25 kq)Kley Pva-M 120 gr, 60 ədəd (1.85 kq) Fırça yumaq üçün su qabı, 3 qutu 60 ədəd (4kq) Fırça üçün qab –Penal, 2 dəst(9.20 kq) 66-lıq Parça üzərində rəsm üçün nabor dəsti, 2 dəst(1kq) 12-lik Parça üzərində rəsm üçün nabor dəsti futbolkalı, 30 ədəd (750 qr) Boya qarışdırıcı alət sonnet markası, 5 qutu (2 kq) Taxta oymaq üçün alətlər 11-lik, 30 ədəd (3.5 kq) Lepka üçün lövhə, 15 ədəd Fırça başlıqları, 10 ədəd Pentart markalı şüşə kontoru, 312 ədəd Quaş boyası masterklass 18ml, 4 ədəd Uşaqlar üçün iş dəftəri, 2 ədəd Rəssamlıq haqqında kitab, 9 ədəd Land Rover marka avtomobili üçün mühərrikin arxa salniki yüklərinin gömrük orqanına bəyan olunmadığı aşkar olunmuş və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli 54№-li ekspertiza aktına əsasən gömrük orqanına bəyan edilməyən malların orta bazar qiymətinin 4668.30 manat təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa aparılan araşdırma zamanı “Apollo Group " MMC tərəfindən **********6174 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə 6523(altı min beş yüz iyirmi üç) manat gömrük ödənişlərinin ödənilməli olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, Bakı Baş Gömrük İdarəsinin baş təhqiqatçısı X1 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 13 iyun 2024-cü il tarixli, 00100-01253/24 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və daha ciddi xətaya görə, yəni İXM-nin 505-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 505-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində 6523 (altı min beş yüz iyirmi üç) manat məbləğinin 70 (yetmiş) faizi, yəni 4566 (dörd min beş yüz altımış altı) manat 10 (on) qəpik miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar