Məhkəmə qərarları › İş №3(002)-1962/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1962/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1962/2025 01.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ rayon icra şöbəsinin icra məmuru X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1492/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 ödəməli olduğu aliment borcu üzrə qismən, yəni 19 dekabr 2024-cü ildən bu yana cəmi 300 manat ödəniş həyata keçirmiş və nəticədə Şəxs 4296 manat borcu yaranmışdır. Məhkəmə iclası zamanı Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X13 məhkəmə iclasında verdiyi izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs çağırışlara vaxtında gəlir, sadəcə olaraq ödəniş etmə məsələsində problem vardır. Şəxs sonuncu dəfə tələbkar X4 300 manat aliment ödənişi həyata keçirmişdir. X10 borclu Şəxs şikayətçidir, Şəxs qalan 4296 manat borcunun tam olaraq ödənilməsini tələb edir. Şəxs Dövlət Məşğulluq Xidmətinə iş axtaran kimi yönəldilsə də əmək haqqının az olmasını bildirərək işləməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, heç bir yerdə işləmədiyindən bu qədər borcu yaranmışdır. İmkanı olmadığı üçün aliment ödənişini edə bilməmişdir. Aliment borcu üzrə tələbkar X4 300 manat ödəniş həyata keçirmişdir. Borcu birdəfəlik ödəyə bilmir. Qaradağ Rayon İcra Şöbəsi tərəfindən Dövlət Məşğulluq Xidmətinə iş axtaran kimi yönəldilsə də ona təklif edilən iş yerlərindəki əmək haqqı təxminən 300 manat olduğundan işləməkdən imtina etmişdir. Avtomobilini satışa qoyduğunu və beh verildiyini, avtomobilinin satılacağı gün aliment borcunu tam şəkildə ödəyəcəyini, daha sonra mütəmadi aylıq ödəniş aparacağını, şəkər xəstəsi və ürəyində problem olduğunu bildirərək onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişatında tələbkar X6 ilə mobil telefonla (***-***-**-**) əlaqə saxlanılmış, X10 aliment borcu üzrə borclu Şəxs ona aylıq ödəməli olduğu aliment üzrə 2025-ci ilin yanvar ayından indiyə qədər 300 manat ödəniş apardığına, qalan 4296 manat aliment borcunu ödəməkdən boyun qaçırdığına və onun himayəsində iki azyaşlı uşağı olduğuna görə borclu Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 ödəniş kartının tarixçəsinin çıxarışından görünür ki, borclu Şəxs aylıq ödəməli olduğu aliment borcu üzrə 300 manat ödəniş aparmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1492/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs iki uşaq üçün onlar yetkinlik yaşına çatanadək 19 dekabr 2024-cü il tarixdən hesablanmaqla minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment iddiaçı X5 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında və bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-1492/2025 nömrəli icra sənədi icraata qəbul edilmiş, icra sənədinin könüllü icrası barədə borclu Şəxs bildiriş göndərilmişdir. Sənan Qasımov həmin bildirişlə xx.xx.2025-ci il tarixdə tanış olmuşdur. Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs tələbin yönəldilə biləcəyi əmlakı və gəliri aşkar edilməmişdir. Şəxs Qaradağ rayon İcra Şöbəsinə verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, izahatında xəstə olduğundan və hal-hazırda işləmədiyindən aliment borcunu ödəyə bilmədiyini, borcunu bir həftə ərzində ödəyəcəyini qeyd etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 tərtib etdiyi 01 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan və əlavə olunmuş sənədlərdən aydın olur ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1492/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tələbkar X4 ödəməli olduğu aliment borcu üzrə qismən, yəni 19 dekabr 2024-cü ildən indiyədək cəmi 300 manat ödəniş həyata keçirmiş və nəticədə Şəxs 4296 manat manat borcu yaranmışdır. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin fakt icra sənədi, icraata başlamaq haqqında qərar, borclu Şəxs göndərilmiş bildiriş, borclunun izahatı və borclu barədə olan elektron sorğu ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, tələbkarın bildirdikləri və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Belə ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdən etibarən hal-hazıradək aliment borcu üzrə ancaq 300 manat ödəniş aparılmışdır. Şəxs məhkəmə iclası zamanı işsiz olduğuna görə alimenti ödəyə bilmədiyini deməklə, avtomobilini satışa qoyduğunu bildirib aliment borcunu ödəmək niyyətində olması görüntüsünü yaratmaqla məsuliyyətə cəlb edilməkdən özünü müdafiə etmək istəmişdir. X2 borclu Şəxs 2025-ci ilin yanvar ayından hal-hazıradək ancaq 300 manat ödədiyini, qalan aliment borcunu ödəməkdən boyun qaçırdığını, Şəxs şikayətçi olduğunu bildirmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs müvafiq olaraq məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 58-1-ci bəndində göstərilmişdir ki, icra məmurunun probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 40 və 43-cü maddələrinə əsasən, rayon (şəhər) məhkəmələri həmin məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, Şəxs alimenti çox cüzi məbləğdə, yəni 300 manatını ödəməsini, yaranmış aliment borcunun məbləğinin 4296 manat olmasını, X1 aliment borcunun tam ödənilməsini tələb edərək borclu Şəxs şikayətçi olduğunu nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-cü, 115-ci, 128-130, 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 01 oktyabr 2025-ci il tarixdən, saat 11:55-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar