Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1965/2020 29.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1989-cu il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında öz izhatında bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə ölkədə yaranmış hərbi rejimlə əlaqədar Bərdə rayonunda baş vermiş bəzi səbəblərdən oradan ailəsini götürmüş və Bakı şəhərinə gəlirmiş. Həmin günü onun qohumunun adına olan və etibarnaməsiz idarə etdiyi “Ford” markanlı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə gələrkən, onu dövlət yol polisi əməkdaşları tibbi maskadan istifadə etmədiyinə görə saxladığlarını bildirmişlər. O isə taksi sürücüsü olmadığını və avtomobildə onun ailə üzvlərinin olduğunu bildirmişdir. Daha sonra isə polis əməkdaşları ondan sənədləri istəmiş o isə sənədlərin olmadığını bildirmişdir. Sənədləri təqdim etmədiyinə görə polis əməkdaşları ilə aralarında yüngül mübahisə yaranmış və daha sonra isə onu polis bölməsinə aparmışlar. Polis bölməsində o qohumuna zəng etmiş və qohumu ona avtomobilin sənədlərinin “bardaçokda” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı ilə birlikdə avtomobilin “bardaçokundan” sənədləri tapılmış və sənədlərin olduğu müəyyən edilmişdir. Hazırda törətdiyi əməldən çox peşimandır. İlk dəfədir ki, inzibati məsuliyyətə cəlb olunur. Bir daha belə hərəkətlərə yol verməyəcəyini və müharibə veteranı olmasını nəzərə alınaraq barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, Qaradağ RPİ-nin 11-ci PB-nin polis əməkdaşının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1965/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1965/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver