Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1967/2020 13.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ucar rayonu, Bərgüşad kəndində qeydiyyatda olan Şəxs oğlubarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1ci maddəsi ilə Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuşinzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20oktyabr 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs oğluxx xxxxxxx 2020-ci il tarixdə saat 21:15radələrində Bakı şəhəri, Qaradağ rayonu , Lökbatan qəsəbəsi ərazisində xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədlər olmadan küçələrdə və digər ictimai yerlərdə olmanın qadağan edilməsi tələbini pozmaqla “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanı ilə müəyyən edilmiş komendant saatı rejimini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxsözünü təqsirli bilib əməlindən səmimi peşman olmasını bildirərək göstərmişdirki,o həmin gün yaşadığı Ucar rayonuna gedərkən, Bakı şəhərində tıxaca düşdüyü üçün cəmi 15 dəqiqə gecikərək Bakı şəhərini vaxtında tərk edə bilməmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin 10-cu polis bölməsinə məlumat verilsədə nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxx 2020-ci il tarixli, inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu həmin tarixdə saat 23:30-da tutulmuş və xx xxxxxxx 2020-ci il tarixdə saat 06:10-da azad edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 517-2.1-cimaddəsinə əsasən xüsusi icazə vərəqəsi və (və ya) şəxsiyyəti təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və ya digər ictimai yerlərdə olmağa görə - xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, hesab edir ki, Şəxs oğlu İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2020-ci il tarixli Fərmanına əsasən Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Fərmanın 3-cü bəndinə əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.1-ci maddəsi ilə təqsirli bilinərək xəbərdarlıq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1967/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1967/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver