Məhkəmə qərarları › İş №3(002)-197/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-197/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-197/2025 07.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), Baki şəhəri, Qaradağ rayonu, Sahil ərazi dairəsi, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsi, ev 34, mənzil 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Həsənov X2 rayon Məhkəməsinin 2(002)-2205/2024 saylı, 22 avqust 2024-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-2205/2024 saylı, 22 avqust 2024-ci il tarixli icra vərəqəsinə əsasən, 2.200 manat borc və ödənilmiş 42 manat dövlət rüsumunun cavabdeh Şəxs iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir. 31 oktyabr 2024-cü il tarixdə tələbkar borlcunun axtarışı haqqında ərizə vermiş, həmin ərizə əsasında 10 yanvar 2025-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunaraq Qaradağ RPİ-yə göndərilmişdir. Borclu yuxarıda göstərilən borc məbləğindən indiyədək heç bir ödəniş etməmişdir. Lakin barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edildikdən sonra borclu ilə tələbkar ödənişlə bağlı razılığa gəlmişlər. O öz izahatında daha sonra göstərmişdir ki, borclu bu yaxınlarda "xxxx" MMC-də rəsmi işləməyə başlamışdır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 07 fevral 2025-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 öz izahatında bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-2205/2024 saylı, 22 avqust 2024-ci il tarixli icra vərəqəsinə əsasən, 2.200 manat borc və ödənilmiş 42 manat dövlət rüsumunun cavabdeh Şəxs onun xeyrinə tutulması qət edilmişdir. Borlcu indiyədək borcundan heç bir ödəniş etməmişdir, lakin bu gün, yəni 07 fevral 2025-ci il tarixdə borcun ödənilməsi ilə bağlı razılığa gəldikləri üçün onun barəsində başlanmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Həmin borc məbləğini xəstə uşağının müalicəsi üçün götürmüşdür. Təxminən dörd ildir ki, işsiz olmuş, buna görə də borcunu ödəyə bilməmişdir. Təxminən on gün olar ki, "xxxx" MMC-də quraşdırıcıçilingər vəzifəsində işə düzəlmişdir. Şərait yaradılcağı təqdirdə hər növbəti ay borcundan üç yüz manat ödəyəcəyini öhdəsinə götürərək, həmçinin tələbkarla aralarında arazılığa gəldiklərini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu əvvəllər rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik olmamışdır. Borclunun himayəsində iki azyaşlı uşağı olmaqla bu yaxınlarda "xxxx" MMCdə quraşdırıcı-çilingər vəzifəsində işləməyə başlamış və aylıq maaşı 532 manat təşkil edir. Bundan başqa borclu ilə tələbkar borcun ödənilməsi ilə bağlı razılığa gəlmiş, borclu yaranmış borcundan hər ay 300 manat ödəniş edəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar